24.1. Teatr tamaşası və kino xidməti göstərilərkən reklam teatrın və kinoteatrın foyesində, konsert və digər kütləvi tədbirlərin keçirildiyi zallarda isə onlar başlamazdan əvvəl yayımlana bilər.
24.2. Teatr tamaşasının gedişində, kino filmlərin (əvvəli istisna olmaqla), konsertlərin və digər tədbirlərin nümayişi zamanı reklam yayımlanması qadağandır.