Qanunvericilik › Reklam haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Telekommunikasiya qurğuları və poçt göndərişləri ilə yayımlanan reklam

Reklam haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

23.1. Telekommunikasiya operatoru və provayderi reklamverici ilə bağlanılan müqavilə əsasında reklam yayımlaya bilər. Telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Telekommunikasiya operatoru və provayderi abunəçiyə reklam göndərilməsindən istənilən vaxt imtina etmək və ya abunəçiyə yalnız arzuladığı reklamın yayımlanması üçün imkan yaratmalıdır. Abunəçinin razılığı olmadan və ya bu Qanunun müddəalarına zidd olan reklamın göndərilməsi üçün telekommunikasiya operatoru və provayderi məsuliyyət daşıyır.

23.2. Telekommunikasiya operatoruna və (və ya) provayderə məlumat üçün müraciət edən abunəçinin sorğusuna cavab verilənədək reklam yayımlana bilər. Məlumat xidməti ödənişli olduqda, reklam yayımlanması arayışın dəyərinə daxil edilə bilməz.

23.3. Poçt göndərişi üzərində reklamın yerləşdirilməsi üçün poçt rabitəsi operatoru ilə reklamverici (reklam istehsalçısı, reklam agenti) arasında müqavilə bağlanmalıdır.

23.4. Poçt rabitəsinin operatorunun reklamverici (reklam istehsalçısı, reklam agenti) ilə bu müqaviləni bağlaması üçün müvafiq icra hakimiyyəti orqanının razılığı olmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver