31.1. Azərbaycan Respublikasının ərazisində hərbi təyinatlı bütün növ silahların, onların komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, texnikanın (saxlanmasına və istifadəsinə icazə verilmiş ov və idman silahları istisna olmaqla) reklamı qadağandır.
31.2. Azərbaycan Respublikasının beynəlxalq və dövlətlərarası hərbi-texniki əməkdaşlığı çərçivəsində keçirilən tədbirlərdə və sərgilərdə hərbi təyinatlı silahların və texnikanın reklamı yerləşdirilə bilər.
31.3. Saxlanmasına və istifadəsinə icazə verilmiş ov və idman silahlarının reklamı yalnız ixtisaslaşmış çap nəşrlərində, bu silahların satışı, nümayişi və sınağı üçün xüsusi ayrılmış yerlərdə yerləşdirilə bilər.
31.4. Pirotexnik vasitələrin reklamı qadağandır.