37.0. Reklam sahəsində özünütənzimləmə üzrə vəzifələr aşağıdakılardır:
37.0.1. özünütənzimləmə təşkilatının üzvlərinin reyestrini aparmaq;
37.0.2. reklam bazarının mütəmadi monitorinqini aparmaq, reklam subyektləri üçün tövsiyələr işləyib hazırlamaq, daxili istifadə üçün kodlar vermək;
37.0.3. reklam bazarının monitorinqinin aparılması nəticəsində aşkar olunan qanun pozuntuları barədə müvafiq icra hakimiyyəti orqanını, açıq məkanda reklam sahəsinə aid hissədə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumu məlumatlandırmaq;
37.0.4. “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xarici ölkələrin müvafiq təşkilatları və beynəlxalq qurumlarla reklam sahəsinə aid olan məsələlər üzrə əməkdaşlıq etmək;
37.0.5. üzvlərinin reklam sahəsində fəaliyyətini əlaqələndirmək;
37.0.6. üzvləri arasında yaranan mübahisələri onların müraciəti əsasında araşdırmaq, onların qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlər həyata keçirmək;
37.0.7. reklam bazarının iştirakçıları arasında maarifləndirmə işi aparmaq, beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə konfranslar, seminarlar, treninqlər və sair tədbirlər təşkil etmək.