38.0. Reklam sahəsində özünütənzimləmə üzrə hüquqlar aşağıdakılardır:
38.0.1. dövlət və yerli özünüidarəetmə orqanları ilə münasibətlərdə üzvlərinin qanuni maraqlarını təmsil etmək;
38.0.2. bu Qanunun pozulması ilə bağlı məhkəmədə mütəxəssis qismində çıxış etmək;
38.0.3. özünütənzimləmə təşkilatının üzvlərinin hərəkətləri barədə daxil olan müraciətlərə baxmaq;
38.0.4. reklam bazarının statistikasını aparmaq, özünütənzimləmə təşkilatının üzvlərinin reklam fəaliyyəti barədə məlumat əldə etmək;
38.0.5. reklam bazarının subyektlərinin müraciətinə əsasən sifariş edilən, istehsal olunan, yayımlanan reklam materiallarının qanunauyğunluğu, keyfiyyəti barədə və reklama dair texniki şərtlər pasportuna rəy vermək;
38.0.6. reklam bazarının subyektlərinə məsləhət xidmətləri göstərmək;
38.0.7. reklam bazarının subyektlərinin müraciəti əsasında onların fəaliyyətini təhlil etmək;
38.0.8. dövlət orqanlarının özünütənzimləmə təşkilatının üzvü barədə qərarlarından və (və ya) faktiki xarakterli hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət vermək.