Azərbaycan Respublikasında statistik məlumatların beynəlxalq müqayisəliliyini təmin etmək üçün beynəlxalq təsnifatlarla uzlaşdırılmış və yerli şəraitə uyğunlaşdırılmış texniki-iqtisadi və kommersiya məlumatlarının statistik təsnifatları (TİKMST) yaradılır və aparılır.
Azərbaycan Respublikası ərazisində məlumatların mübadiləsini aparan bütün hüquqi və fiziki şəxslər mütləq statistik təsnifatlardan (məlumatların kodlaşdırılmasından) istifadə etməlidirlər.
Statistik təsnifatların aparılması, yenilərin yaradılması və köhnələrin ləğv edilməsi qaydası “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Azərbaycan Respublikası ərazisində rəsmi statistikanı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən statistik məlumatları əks etdirən statistik vahidlərin Dövlət reyestri aparılır, orada təsərrüfatçılıq-sahibkarlıq fəaliyyəti göstərən və qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növləri ilə məşğul olan hüquqi və fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyətini, əsas və qeyri-əsas fəaliyyətini səciyyələndirən ünvan və statistika göstəriciləri barədə məlumatlar, həmçinin “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilən bölgüsü əks etdirilir.
(Çıxarılıb)
(Çıxarılıb)