Qanunvericilik › Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Loqopedik xidmət

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Məktəbəqədər və ümumtəhsil müəssisələrində təhsil alan nitq pozuntusu olan uşaqlara kömək məqsədi ilə loqopedik xidmət təşkil edilir.

14.2. Loqopedik xidmət buna ehtiyacı olan uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən saya uyğun olaraq:

14.2.1. ümumi təyinatlı təhsil müəssisələrində loqoped-müəllim vəzifəsi müəyyən etməklə;

14.2.2. müvafiq icra hakimiyyəti orqanının strukturunda loqopedik kabinetlər təşkil etməklə;

14.2.3. loqopedik mərkəzlər yaratmaqla təşkil edilir.

14.3. Loqopedik xidmət haqqında Əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver