15.1. Mürəkkəb və ağır çatışmazlıqları olan şəxslərin təlimi və (və ya) tərbiyəsi ilə əlaqədar müxtəlif profilli reabilitasiya mərkəzləri yaradılır.
15.2. Reabilitasiya mərkəzlərinin əsas vəzifəsi sağlamlıq imkanları məhdud şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək verdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyasını və xüsusi təhsil proqramları və fərdi tədris planı əsasında məşğələləri təşkil etməkdir.
15.3. Reabilitasiya mərkəzlərində məşğələlər xüsusi təhsil proqramlarına və fərdi tədris planına əsasən, hər qrupda 10, mürəkkəb çatışmazlığı olanlar üçün isə 6 nəfərdən çox olmayaraq təşkil edilir.
15.4. Reabilitasiya mərkəzləri haqqında Əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.