24.1. Xüsusi təhsil müəssisəsi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunur.
24.2. Xüsusi təhsilin keyfiyyətinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
24.3. Xüsusi təhsil müəssisəsində təhsilalanların yekun attestasiyasını müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum həyata keçirir.