Qanunvericilik › Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. Xüsusi təhsilin maliyyələşdirilməsi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

25.1. Xüsusi təhsili həyata keçirən dövlət və bələdiyyə müəssisələri müvafiq olaraq dövlət və yerli büdcələrin vəsaitləri hesabına maliyyələşdirilir.

25.2. Xüsusi təhsil həyata keçirən özəl müəssisələr təsisçinin (təsisçilərin) vəsaiti hesabına maliyyələşdirilir.

25.3. Xüsusi təhsil həyata keçirən müəssisələr təhsil alanların peşə təlimi prosesində istehsal etdikləri məhsulların satışından əldə olunan gəlirlər, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilə bilər.

25.4. Xüsusi təhsili həyata keçirən dövlət müəssisələrində təhsil alan uşaqların təhsil müəssisələrinə gedib-gəlməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəqliyyat vasitələri ayrılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver