4.0. Xüsusi təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanları nəzərə alınmaqla dövlət hesabına təhsil almalarına təminat verilməsi;
4.0.2. xüsusi təhsil sahəsində məqsədli dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;
4.0.3. xüsusi təhsilin dövlət standartlarının müəyyən olunması:
4.0.4. sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanlarına uyğun peşələr üzrə hazırlıq almalarına şərait yaradılması:
4.0.5. sağlamlıq imkanları məhdud şəxslərin peşə təhsili almalarına təminat verilməsi;
4.0.6. sağlamlıq imkanları məhdud şəxslərə qanunvericilikdə müəyyən edilmiş müavinətlər verilməsi;
4.0.7. xüsusi təhsil sahəsində kadrların hazırlanması, əlavə təhsilinə təminat verilməsi;
4.0.8. xüsusi təhsili həyata keçirən müəssisələrə vergi və rüsum ödənilməsində qanunvericiliklə müəyyən olunmuş güzəştlərin tətbiq edilməsi;
4.0.9. xüsusi təhsilin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi;
4.0.10. xüsusi təhsili həyata keçirən müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi.
II fəsil
Sağlamlıq İmkanları məhdud şəxslərİn, onların valİdeynlərİnİn və ya dİgər qanunİ nümayəndələrİnİn xüsusİ təhsİl sahəsİndə hüquq və vəzİfələrİ