5.0. Sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil sahəsində hüquqları aşağıdakılardır:
5.0.1. psixoloji-tibbi-pedaqoji komissiyada və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) pulsuz müayinə olunmaq;
5.0.2. psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə uyğun olaraq fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanların pulsuz psixoloji-tibbi-pedaqoji korreksiyası;
5.0.2-1. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;
5.0.3. psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən xüsusi təhsil proqramları və fərdi tədris planı əsasında məktəbəqədər və ümumi təhsil almaq;
5.0.4. bacarıq, imkan və maraqları nəzərə alınmaqla kütləvi peşələr üzrə hazırlıq keçmək;
5.0.5. müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada pulsuz xüsusi təhsil almaq;
5.0.6. təhsil və peşə hazırlığı başa çatdıqda müvafiq işlə təmin olunmaq.