Qanunvericilik › Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 35

Maddə 35. Yoxlayıcı orqanların və yoxlayıcıların məsuliyyəti

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

35.1. Yoxlayıcılar bu Qanunun yoxlamalarla bağlı müəyyən edilmiş tələblərinin və prosedurlarının pozulmasına, habelə yoxlamalar aparılarkən, vəzifə borclarını yerinə yetirilməməsinə, vəzifə səlahiyyətlərini aşmasına və sahibkara vurulan zərərə görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və dövlət qulluğunun xüsusi növlərində qulluq keçməni tənzimləyən Azərbaycan Respublikasının başqa qanunlarında, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

35.2. Sahibkar yoxlayıcı orqan tərəfindən kompensasiyanın ödənilməsindən imtina olunmasından inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver