Qanunvericilik › Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Texniki normativ hüquqi aktları hazırlayanların vəzifələri

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Texniki normativ hüquqi aktları hazırlayan dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar:

müəyyən edilmiş normalar, qaydalar və standartlar olmadıqda, yaxud onlardan kənara çıxıldıqda texniki normativ hüquqi aktları, habelə yeni növ xammal, materiallar, maddələr, məmulat və digər xalq təsərrüfatı məhsulları, onların istehsalı texnologiyası barədə texniki normativ hüquqi aktları razılaşdırılmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməli;

dərman və tibb vasitələrinə, habelə dərman maddələrinə dair texniki normativ hüquqi aktları müvafiq icra hakimiyyəti orqanının təsdiqinə verməli;

yeni növ xammal, materiallar, maddələr, məmulat və digər xalq təsərrüfatı məhsulları tətbiq edilənədək əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsinə yönəldilən normativlər üzrə əsaslandırılmış təklifləri hazırlayıb müvafiq icra hakimiyyəti orqanının təsdiqinə verməli;

maddələrin, materialların xassələrini, texnologiyaların təhlükəsizliyini hərtərəfli qiymətləndirmək üçün dövlət sanitariya nəzarəti orqanlarına və sanitariya-epidemioloji xidmət müəssisələrinə lazımi məlumat verməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver