Tikinti üçün torpaq sahəsi ayrılarkən, müəssisələr, onların buraxılış kompleksləri, binaları və qurğuları layihələşdirilərkən, yerləşdirilərkən, tikilərkən, yenidən qurularkən, modernləşdirilərkən, yeni texnika ilə təchiz edilərkən, yaşayış məntəqələri, kurortlar, sənaye və kənd təsərrüfatı obyektləri, su təchizatı, kanalizasiya, çirkab suları təmizləmə sistemləri və hidrotexniki qurğular perspektiv üçün tikilərkən və yerləşdirilərkən, nəqliyyat vasitələri, texnoloji proseslər, məmulat, avadanlıq, alətlər və s. hazırlanarkən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunmasına yönəldilən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməlidirlər.
Torpaq sahələrinin ayrılması, tikinti, yenidənqurma, modernləşdirmə, yeni texnika ilə təchizetmə layihələrinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilər.