Qanunvericilik › Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Kimyəvi maddələrin, bioloji vasitələrin və materialların tətbiqi, istifadəsi, zərərsizləşdiriləsi və basdırılması sahəsində vəzifələr

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

İctimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar:

kimyəvi maddələr, bioloji vasitələr və materiallar tətbiq, istifadə edilərkən, zərərsizləşdirilərkən və basdırılarkən sanitariya-epidemioloji salamatlığı və təhlükəsizliyi təmin etmək tələblərini nəzərdə tutan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, standartlara və digər sənədlərə əməl etməli;

kimyəvi maddələri, bioloji vasitələri, materialları, mineral gübrələri, boy maddələrini və bitkiqoruyucu bioloji vasitələri, polimer və plastik kütlələri, ətriyyat-kosmetika məhsullarını, digər kimyəvi və bioloji vasitələri yalnız toksikoloji-gigiyena rəyi verildikdən, gigiyena normativləri müəyyən olunduqdan sonra, dərman və tibb vasitələrini, habelə dərman maddələrini isə müəyyənləşdirilmiş qaydada və müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə tətbiq etməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver