QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 1

Maddə 1. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.1.1. referendum — Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən məsələlər üzrə Azərbaycan Respublikası vətəndaşlarının səsverməsi;

1.1.2. seçkilər — Azərbaycan Respublikasının Konstitusiyası və bu Məcəllə əsasında keçirilən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri;

1.1.3. seçici — seçki hüququna malik şəxs;

1.1.4. seçki (referendum) komissiyası — bu Məcəllə ilə nəzərdə tutulan qaydada formalaşdırılan və seçkilərin (referendumun) keçirilməsini təşkil edən və təmin edən kollegial orqan;

1.1.5. seçki dairəsi — qeydə alınmış seçicilərin hər hansı seçkili orqana nümayəndə (nümayəndələr) seçməsi üçün bu Məcəlləyə uyğun olaraq təşkil edilmiş ərazi vahidi;

1.1.6. vətəndaş — aktiv seçki hüququ olan Azərbaycan Respublikası vətəndaşları, bu Məcəllənin 12.2-ci və 12.3-cü maddələrində göstərilən şəxslər;

1.1.7. namizəd — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti, bələdiyyələrə üzv seçilmək üçün bu Məcəlləyə uyğun olaraq namizədliyi irəli sürülmüş şəxs;

1.1.8. seçki hüququ — Azərbaycan Respublikası Milli Məclisinin deputatlarını, Azərbaycan Respublikasının Prezidentini, bələdiyyələrə üzvləri seçmək və həmin orqanlara, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmək hüququ, o cümlədən namizədlə Maddə 1. … Prezidentini, bələdiyyələrə üzvləri seçmək və həmin orqanlara, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmək hüququ, o cümlədən namizədlərin irəli sürülməsində, seçkiqabağı (referendumqabağı) təşviqatda, seçki (referendum) komissiyalarının işində, seçkilərin (referendumun) keçirilməsinin müşahidəsində (seçkilərin (referendumun) nəticələrinin müəyyən edilməsi də daxil olmaqla), səsvermədə, digər seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək;

1.1.9. seçici siyahıları — müvafiq seçki (referendum) dairəsinin seçki (referendum) məntəqəsi ərazisində yaşayan və seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının siyahıları;

1.1.10. imza vərəqələri — bu və ya digər namizədin seçkilər zamanı dəstəklənməsinə yönəldilən və ya referendumqabağı təşviqatda iştirak məqsədi ilə referendum üzrə təşviqat qrupunda üzvlük haqqında seçicilərin imzaları olan siyahılar;

1.1.11. təşviqat materialları — seçki (referendum) kampaniyası zamanı dərc edilməsi və ya digər üsullarla yayılması nəzərdə tutulan seçkiqabağı (referendumqabağı) təşviqata həsr edilmiş çap, audiovizual və digər materiallar;

1.1.12. referendumqabağı təşviqat — vətəndaşların, referendum üzrə təşviqat qruplarının referendumda iştirak etmək hüququ olan vətəndaşları referendumda iştirak etməyə, referenduma çıxarılan məsələləri dəstəkləməyə və ya dəstəkləməməyə çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyəti;

1.1.13. seçkiqabağı təşviqat — vətəndaşların və siyasi partiyaların seçicilər Maddə 1. … və ya dəstəkləməməyə çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyəti;

1.1.13. seçkiqabağı təşviqat — vətəndaşların və siyasi partiyaların seçiciləri seçkilərdə iştiraka, bu və ya digər namizədlərin lehinə səs verməyə (səs verməməyə) çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyəti;

1.1.14. namizədlərin irəli sürülməsi — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasında bələdiyyə üzvü vəzifəsinə seçilməsi nəzərdə tutulan şəxslərin müəyyən edilməsinə dair təşəbbüs, həmçinin bu təşəbbüsün dəstəklənməsinə yönəldilmiş imzaların toplanması və ya bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada göstərilən təşəbbüsün digər üsullarla həyata keçirilmə formaları;

1.1.15. qeydə alınmış namizəd — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti, bələdiyyələrə üzv seçilmək üçün bu Məcəlləyə uyğun olaraq qeydə alınmış şəxs;

1.1.16. referendum üzrə təşviqat qrupunun yaradılmasının təşəbbüsçüləri — referendum üzrə təşviqat qrupunun yaradılması üçün təşəbbüs göstərən və həmin qrupun yaradılması üçün müvafiq seçki komissiyasına təqdim edilməli olan bildirişi imzalayan Azərbaycan Respublikasının vətəndaşları;

1.1.17. referendum üzrə təşviqat qrupunun üzvləri — referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan imza vərəqələrində imza edən Azərbaycan Respublikasının vətəndaşları;

1.1.18. müşahidə — məlumatların yığılması və onların qiymətləndirilməsi əsasında ekspert rəyinin hazırl Maddə 1. … edən Azərbaycan Respublikasının vətəndaşları;

1.1.18. müşahidə — məlumatların yığılması və onların qiymətləndirilməsi əsasında ekspert rəyinin hazırlanması;

1.1.19. müşahidəçi — seçkilərin (referendumun) keçirilməsi zamanı seçkiləri (referendumu) müşahidə etmək üçün siyasi partiyalar, qeyri-hökumət təşkilatları, referendum üzrə təşviqat qrupları, namizədlər tərəfindən təyin edilən və bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada müvafiq seçki (referendum) komissiyasında qeydə alınmış şəxs;

1.1.20. beynəlxalq (xarici) müşahidəçi — seçkiləri (referendumu) müşahidə etmək hüququnu almış və xarici dövləti, xarici və ya beynəlxalq təşkilatı təmsil edən şəxs;

1.1.21. seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ olan şəxslər — müşahidəçilər, beynəlxalq (xarici) müşahidəçilər, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr, media subyektlərinin nümayəndələri;

1.1.22. siyasi partiyalar bloku — seçkilərdə birgə iştirak etmək üçün iki və ya daha çox siyasi partiyanın yaratdığı və seçkilər zamanı siyasi partiyalarla eyni hüquqa malik olan blok;

1.1.23. seçki (referendum) kampaniyası — seçkilərin (referendumun) təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının (sərəncamının) dərc edildiyi gündən seçkilərin (referendumun) nəticələrinin dərcinə qədər çəkən müddətdə həyata keçirilən seçki (referendum) hərəkətləri;

1.1.24. seçki (referendum) şikayəti — seçkilərlə (referendumla) əlaqədar sənədlərin, qərarların, hərəkətlərin (hərəkətsizliyin) nə Maddə 1. … m) hərəkətləri;

1.1.24. seçki (referendum) şikayəti — seçkilərlə (referendumla) əlaqədar sənədlərin, qərarların, hərəkətlərin (hərəkətsizliyin) nəticələrinin ləğv edilməsinə və ya bu nəticələrə yenidən baxılmasına yönəldilmiş müraciət;

1.1.25. şəxsiyyəti təsdiq edən sənəd — şəxsiyyət vəsiqəsi və ya vətəndaşın adını, atasının adını, soyadını, doğum tarixini, yaşayış ünvanını əks etdirən və həmçinin vətəndaşın fotoşəkli olan rəsmi sənəd (bu cür sənədlərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir);

1.1.26. tabelik — rəhbər ilə tabelikdə olan arasında xidməti münasibətlər, o cümlədən birincinin ikinci üzərində sərəncamçı səlahiyyətlərinin olması nəzərdə tutulur, yəni birinci öz vəzifə səlahiyyətləri daxilində ikincini işə qəbul etmək, işdən azad etmək, ona icrası məcburi olan əmr, sərəncam və göstərişlər vermək, onu mükafatlandırmaq və onun barəsində intizam tədbirləri görmək hüququna malik olmalıdır;

1.1.27. dərc — seçki komissiyalarının və seçkilərin (referendumun) keçirilməsində iştirak edən digər dövlәt orqanlarının seçkilərlə (referendumla) bağlı qərarlarının məlumat lövhələrində yerləşdirilməsi yolu ilə, rəsmi çap, televiziya, radio və ya hamının həmin qərarlarla tanış olmasını mümkün edən digər üsullarla əhalinin nəzərinə çatdırılması və ya elan edilməsi;

1.1.28. uzaq və ya yolu çətin yerlər — dağlıq ərazidə yerləşən və təbii şəraitlə bağlı ictimai nəqliyyat ilə ən yaxın seçki məntəqəsinə çatmaq üçün 1 saatdan artıq vaxt tələb olunan yaşayış məntəqəl Maddə 1. … azidə yerləşən və təbii şəraitlə bağlı ictimai nəqliyyat ilə ən yaxın seçki məntəqəsinə çatmaq üçün 1 saatdan artıq vaxt tələb olunan yaşayış məntəqələri.

1.1.29. səsvermənin nəticələri - məntəqə seçki komissiyasında seçkilər (referendum) zamanı səslərin hesablanmasının nəticələri; dairə seçki komissiyasında referendum və Prezident seçkiləri zamanı səslərin hesablanmasının nəticələri;

1.1.30. seçkilərin (referendumun) nəticələri - dairə seçki komissiyası tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkiləri və bələdiyyə seçkiləri zamanı müəyyən edilmiş səsvermənin nəticələri;

1.1.31. seçkilərin (referendumun) yekunları - seçkilər zamanı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Prezident, bələdiyyə üzvü seçilmiş namizədin müəyyən edilməsi, referendumda qəbul edilmiş (edilməmiş) məsələnin müəyyən edilməsi;

1.1.32. seçkilərin ümumi yekunları - seçilmiş namizədlərin adlarını və onların lehinə verilən səslərin sayını əks etdirən Milli Məclisə seçkilərin və bələdiyyə seçkilərinin yekunlarının ümumiləşdirilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver