QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 2

Maddə 2. Seçkilərdə və referendumda iştirakın prinsipləri

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

2.1. Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə və referendumda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər.

2.2. Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə və referendumda iştirakı azad və könüllüdür. Seçkilərdə və ya referendumda iştirak edib-etməməyə məcbur etmək məqsədi ilə heç kəsin Azərbaycan Respublikası vətəndaşına təzyiq göstərmək hüququ yoxdur və heç kəs onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz.

2.3. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsul idarələri seçkilərin və referendumun keçirilməsi zamanı Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası Konstitusiyasının 3-cü və 56-cı maddələrində nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə kömək göstərməlidirlər.

2.4. Seçkilər referendumla eyni gündə keçirilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkiləri və Azərbaycan Respublikası Prezidentinin seçkiləri eyni gündə keçirilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkiləri və bələdiyyə seçkiləri eyni gündə keçirilə bilməz. Azərbaycan Respublikası Prezidentinin seçkiləri və bələdiyyə seçkiləri eyni gündə keçirilə bilməz.

2.5. Seçkilərin və referendumun hazırlanması və keçirilməsi, səslərin hesablanması, səsvermənin yekunlarının, seçkilərin və referendumun nəticələrinin müəyyən edilməsi açıq və aş Maddə 2. … mun hazırlanması və keçirilməsi, səslərin hesablanması, səsvermənin yekunlarının, seçkilərin və referendumun nəticələrinin müəyyən edilməsi açıq və aşkar həyata keçirilir.

2.6. Seçkilərdə (referendumda) iştirak edənlər aşağıdakı şərtlərə riayət etməlidirlər:

2.6.1. mətbuat azadlığına hörmət bəsləmək;

2.6.2. öz peşə fəaliyyəti ilə məşğul olan media subyektləri nümayəndələrinin işinə mane olmamaq, namizədlərin, partiyaların (siyasi partiyalar bloklarının) seçki (referendum) kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq;

2.6.3. seçkiqabağı təşviqat materiallarının, referendumqabağı təşviqat materiallarının yayılmasına mane olmamaq;

2.6.4. seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv etməmək və korlamamaq;

2.6.5. seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olmamaq;

2.6.6. seçkilərin (referendumun) azad, sərbəst, dinc və mütəşəkkil keçirilməsi üçün seçki (referendum) orqanları ilə və onların vəzifəli şəxsləri ilə əməkdaşlıq etmək;

2.6.7. seçicilərin öz iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətməmək;

2.6.8. səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək və onlarla əməkdaşlıq etmək;

2.6.9. səsvermənin gizliliyini saxlamaq və saxlanılmasına kömək göstərmək;

2.6.10. seçiciləri qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməmək;

2.6.11. seçki (referendum) komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini pozmamaq; 2 Maddə 2. … 11. seçki (referendum) komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini pozmamaq;

2.6.12. seçkilərin (referendumun) qanuni təsdiqlənmiş nəticələrinə hörmət etmək, seçkilərlə (referendumla) bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına riayət etmək;

2.6.13. hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməmək və bu cür materiallar yaymamaq;

2.6.14. seçicilərə mükafat təklif etməmək, onları cəza ilə hədələməmək;

2.6.15. dövlət resurslarından, bələdiyyə və digər ictimai resurslardan bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda istifadə etməmək;

2.6.16. təzyiq göstərmək və ya bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri səs verməyə, səsvermədən çəkinməyə sövq etməmək;

2.6.17. təzyiq göstərmək ilə və ya bəxşiş təklif etmək yolu və ya digər qanunazidd üsullarla seçiciləri referendum üzrə təşviqat qruplarında iştirak etməyə və ya iştirak etməməyə, öz namizədliklərini irəli sürməyə və ya irəli sürməməyə, namizədliklərini geri götürməyə və ya geri götürməməyə, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etməyə və ya iştirak etməməyə məcbur etməmək;

2.6.18. heç bir vəzifəli şəxsin referenduma çıxarılan məsələnin, namizədin dəstəklənməsinə və ya dəstəklənməməsinə yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək.

2.7. Bu Məcəllənin 2.6.2-ci — 2.6.5-ci, 2.6.7-ci, 2.6.10-cu, 2.6.11-ci, 2.6.13 - 2.6.18-ci ma Maddə 2. … ldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək.

2.7. Bu Məcəllənin 2.6.2-ci — 2.6.5-ci, 2.6.7-ci, 2.6.10-cu, 2.6.11-ci, 2.6.13 - 2.6.18-ci maddələrinin tələblərinin pozulması Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə səbəb olur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver