QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 103

Maddə 103. Seçki qutuları

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

103.1. Seçki qutularının ölçüləri (daşınan seçki qutuları üçün ayrıca daşınmaz seçki qutuları üçün ayrıca ) Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir.

103.2. Seçki qutuları şəffaf olmalıdır. Onların şəffaflığının dərəcəsi onların dolu olub-olmamasını müəyyən etməyə imkan verməlidir.

103.3. Seçki qutusuna seçki bülleteninin salınması üçün yarıq eyni zamanda birdən artıq seçki bülleteni salınmasına imkan verməməlidir.

103.4. Səsvermə günü seçki qutuları məntəqə seçki komissiyasının sədri tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada kilidlənir. Kilidlər plastikdən hazırlanmalıdır və hər birinin öz nömrəsi olmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver