102.1. Məntəqə seçki komissiyası səsvermə günü seçki bülletenlərini alarkən seçicinin barmağının işarələnməsini zərərsiz, gözə görünməyən mayedən istifadə etməklə həyata keçirir.
102.2. Seçicinin sol əlinin baş barmağı çiləmə üsulu ilə işarələnir.
102.3. Seçicinin barmağının əvvəl seçki bülletenini alarkən işarələnməsini müəyyən etmək üçün ultrabənövşəyi lampadan istifadə edilir.