QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 107

Maddə 107. Dairə seçki komissiyası protokolunun tərtib edilməsi

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

107.1. Bu Məcəllənin 106.7-ci maddəsində göstərilən sənədlər dairə seçki komissiyasının sədrinə təqdim edilir. Dairə seçki komissiyası sədrinin tapşırığı ilə komissiyanın üzvü (üzvləri) təqdim olunan sənədlərin bu Məcəllənin 106.7-ci maddəsinin tələblərinə cavab verməsini, səsvermənin nəticələrində uyğunsuzluğun olub-olmamasını yoxlayır (yoxlayırlar). Sonra səsvermənin nəticələri dairə üzrə səsvermənin nəticələrinin (seçkilərin yekunlarının) yekun cədvəlinə daxil edilir. Məntəqə seçki komissiyasının sənədlərinin qəbul edilməsi haqqında məntəqə seçki komissiyasının sədrinə dairə seçki komissiyasının sədri tərəfindən imzalanmış və möhürlənmiş qəbz verilir.

107.2. Dairə seçki komissiyasının protokolu məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında səsvermə günündən 2 gün keçənədək tərtib edilir. Göstərilən məlumatların ümumiləşdirilməsi fasiləsiz aparılır.

107.3. Dairə seçki komissiyasının protokolunda bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərlə yanaşı, məntəqə seçki komissiyalarının sayı və həmin komissiyalar tərəfindən təqdim edilmiş protokolların sayı, dairə seçki komissiyasının protokolunun tərtib edilməsi üçün əsas götürülmüş protokolların sayı, səsvermə baş tutmayan seçki məntəqələrinin sayı, dairə üzrə səsvermədə iştirak edən seçicilərin sayı göstərilməlidir.

107.4. Dairə seçki komissiyasının protokolunun 1-ci nüsxəsi, səsvermə günü dairə seçki komissiya Maddə 107. … ermədə iştirak edən seçicilərin sayı göstərilməlidir.

107.4. Dairə seçki komissiyasının protokolunun 1-ci nüsxəsi, səsvermə günü dairə seçki komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərarlar, dairə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğvi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməmiş səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə) əlavə edilməklə, dərhal, lakin səsvermə günündən 2 gündən gec olmayaraq dairə seçki komissiyasının sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən üzvlərin müşayiəti ilə Mərkəzi Seçki Komissiyasına göndərilir. Göstərilən aktlar dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), dairə seçki komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.

107.5. Protokolun 2-ci nüsxəsi bağlanıb möhürlənmiş seçki bülletenləri, həmin bülletenlərin kəsilmiş sol küncləri, habelə səslərin hesablanmasını müşahidə edən, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərin siyahıları ilə birlikdə komissiyanın fəaliyyətinin sonuna kimi dairə seçki komissiyasının katibində saxlanılır.

107.6. Dairə seçki komissiyası məntəqə seçki komissiyasının protokolunda (prolokola ə Maddə 107. … nin sonuna kimi dairə seçki komissiyasının katibində saxlanılır.

107.6. Dairə seçki komissiyası məntəqə seçki komissiyasının protokolunda (prolokola əlavə olunan digər sənədlər də daxil olmaqla) səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki məntəqəsində səslərin yenidən hesablanması haqqında qərar qəbul edə bilər. Bu halda səslərin təkrar hesablanması dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən aparılır. Səslərin təkrar hesablanması haqqında müvafiq məntəqə seçki komissiyasına və bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərə əvvəlcədən məlumat verilir. Səslərin təkrar hesablanmasına dair protokol tərtib edilir və həmin protokolda “səslərin təkrar hesablanması” sözləri qeyd edilir.

107.7. Dairə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi və müvafiq məntəqə seçki komissiyalarının protokollarının surətləri məlumat lövhəsində asılır və 10 gün saxlanılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver