108.1. Dairə seçki komissiyasından seçki sənədləri Mərkəzi Seçki Komissiyasına verilərkən bu Məcəllənin 107.1-ci maddəsinin qaydaları tətbiq olunur.
108.2. Mərkəzi Seçki Komissiyasının müvafiq protokolu dairə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında tərtib edilir. Göstərilən məlumatların ümumiləşdirilməsi fasiləsiz aparılır. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə və bələdiyyələrə seçkilərin ümumi yekunları haqqında protokollar tərtib edilir.
108.3. Mərkəzi Seçki Komissiyasının müvafiq protokolunun 1-ci nüsxəsinə səsvermə günü Mərkəzi Seçki Komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi qərarlar, Mərkəzi Seçki Komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğvi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməmiş səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə) əlavə edilir. Göstərilən aktlar Mərkəzi Seçki Komissiyasının sədri və katibləri tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), Mərkəzi Seçki Komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.
108.4. Mərkəzi Seçki Ko Maddə 108. … omissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.
108.4. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokollarda (onlara əlavə edilən digər sənədlər də daxil olmaqla) səsvermə günündən başlayaraq ən geci 4 gün müddətində səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki dairəsində səslərin yenidən hesablanması haqqında qərar qəbul edə bilər. Bu halda səslərin təkrar hesablanması Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvlərinin iştirakı ilə aparılır. Səslərin təkrar hesablanması haqqında bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərə əvvəlcədən məlumat verilir. Səslərin təkrar hesablanmasına dair protokol tərtib edilir və həmin protokolda “səslərin təkrar hesablanması” sözləri qeyd edilir.
108.5. Mərkəzi Seçki Komissiyasının protokolunun 3-cü nüsxəsi və dairə seçki komissiyalarının protokollarının surətləri məlumat lövhəsində asılır və 15 gün saxlanılır.