QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 110

Maddə 110. Dövlət avtomatlaşdırılmış informasiya sistemindən seçkilərdə (referendumda) istifadə edilməsi

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

110.1. Seçkilər (referendum) keçirilərkən (bundan sonra — seçkilər), o cümlədən seçicilər qeydə alınarkən, seçicilərin siyahıları tərtib edilərkən, səsvermənin nəticələri və seçkilərin yekunları müəyyənləşdirilərkən məlumatların vaxtında alınması, verilməsi və yenidən işlənib hazırlanmasında bütövlükdə dövlət avtomatlaşdırılmış informasiya sistemindən və ya onun ayrıca texniki vasitələrindən istifadə edilə bilər. Dövlət avtomatlaşdırılmış informasiya sisteminə aid tələblər və ondan istifadə qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilir.

110.2. Dövlət avtomatlaşdırılmış informasiya sistemindən və ya onun ayrıca texniki vasitələrindən istifadə edilməsinə nəzarət məqsədi ilə müvafiq seçki komissiyası öz qərarı ilə seçki komissiyasının həlledici səs hüquqlu və məşvərətçi səs hüquqlu üzvlərindən ibarət xüsusi qrup yaradır. Nəzarət qrupu avtomatlaşdırılmış vasitələr kompleksinin işə hazır olmasını, seçki komissiyalarının protokollarından çıxarılan və sistemə salınan məlumatların düzgünlüyünü, protokola əlavə edilmiş məlumatların düzgünlüyünü yoxlayır, bu Məcəllənin tələblərinə, dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadəyə aid Mərkəzi Seçki Komissiyasının təlimatlarına və başqa sənədlərinə əməl olunmasına, müvafiq seçki komissiyasının reqlamenti və planları ilə informasiya sistemindən istifadə üçün nəzərdə tutulmuş hərəkətlərin sənədləşdirilməsinə Maddə 110. … asına, müvafiq seçki komissiyasının reqlamenti və planları ilə informasiya sistemindən istifadə üçün nəzərdə tutulmuş hərəkətlərin sənədləşdirilməsinə nəzarət edir. Nəzarət qrupu avtomatlaşdırılmış informasiya sistemləri sahəsində mütəxəssisləri öz işinə cəlb edə bilər.

110.3. Seçki komissiyasının bütün üzvlərinin, müşahidəçilərin, media subyektləri nümayəndələrinin dövlət avtomatlaşdırılmış informasiya sisteminə daxil edilən və oradan çıxarılan hər hansı məlumatla tanış olmaq hüququ vardır ( Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin III hissəsinin tələbləri nəzərə alınmaqla).

110.4. Seçki komissiyalarının nəzarət qrupuna daxil olan həlledici səs hüquqlu və məşvərətçi səs hüquqlu üzvlərinin bərabər hüquqları vardır və onlar texniki rabitə kanalı ilə seçki komissiyasına verilən hər hansı məlumatla tanış ola, o cümlədən dövlət avtomatlaşdırılmış informasiya sisteminin texniki sənədləşdirilməsi ilə əlaqədar və sistemin bütün texniki heyətinin hərəkətlərinə aid izahat tələb edə, əllə və texniki vasitələrlə işlənmiş məlumatları müqayisə edə bilərlər. Həmin sistemin işçi heyətinin hər hansı birinin və ya müşahidəçilərin hərəkətləri qanuna zidd olduqda, nəzarət qrupu bu barədə seçki komissiyasının sədrinə məlumat verir və pozuntuların aradan qaldırılması yaxud bunlara yol verən şəxslərin kənarlaşdırılması barədə təklif verir. Nəzarət qrupunun keçirdiyi yoxlamaların nəticələri müvafiq seçki komissiyalarının cari sənədlərində əks olunmalıdır.

110.5. Səsvermə başlandıq Maddə 110. … verir. Nəzarət qrupunun keçirdiyi yoxlamaların nəticələri müvafiq seçki komissiyalarının cari sənədlərində əks olunmalıdır.

110.5. Səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin nəticələri barədə protokollar imzalananadək aşağı seçki komissiyalarının yuxarı seçki komissiyalarına məlumatlar verməsi əsasında müvafiq seçki komissiyaları tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemindən səsvermənin gedişini və nəticələri müşahidə etmək üçün istifadə olunur. Bu müddətdə yuxarı seçki komissiyalarının informasiya xidmətlərindən aşağı seçki komissiyalarının informasiya xidmətlərinə məlumatların qəbulunu təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsi qadağan edilir.

110.6. Dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə səsvermənin gedişi və onun nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

110.7. Seçki komissiyasının katibində saxlanılan seçki komissiyasının protokoluna dövlət avtomatlaşdırılmış informasiya sisteminə daxil edilmiş məlumatların kompüter vasitəsi ilə çap olunmuş mətni də əlavə edilir. Kompüter çapında olan məlumatların həqiqiliyi məlumatların verilməsinə məsul olan şəxsin və nəzarət qrupu üzvlərinin imzaları ilə təsdiq edilir.

110.8. Dövlət avtomatlaşdırılmış informasiya sisteminə daxil edilmiş seçicilərin seçkilərdə iştirakı, səsvermənin ilkin və yekun nəticələri, seçkilərin yekunları haqqında məlumatlar Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi qaydada məlumat al Maddə 110. … akı, səsvermənin ilkin və yekun nəticələri, seçkilərin yekunları haqqında məlumatlar Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi qaydada məlumat almaq niyyətində olanların çevik məlumat almaları məqsədi ilə ümumi istifadədə olan informasiya-kommunikasiya xətlərinə daxil edilməlidir.

110.9. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin III hissəsinə uyğun olaraq dövlət avtomatlaşdırılmış informasiya sisteminə daxil edilmiş seçicilər haqqında məlumatların yayılmamasına dövlət təminat verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver