QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 109

Maddə 109. Seçkilərin və səsvermənin nəticələrinin dərc edilməsi

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

109.1. Seçkilərin (referendumun) ilkin nəticələri dairə seçki komissiyası səsvermənin nəticələrinə dair protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra Mərkəzi Seçki Komissiyası tərəfindən seçki dairələri üzrə səsvermənin nəticələrini ümumiləşdirən cədvəl şəklində dərc edilir və həmin məlumatlar Mərkəzi Seçki Komissiyasıının internet səhifəsində yerləşdirilə bilər.

109.2. Mərkəzi Seçki Komissiyası 45 gün müddətində bu Məcəllənin 77.2-ci maddəsində göstərilən media subyektlərində dairə seçki komissiyalarının protokollarında olan məlumatları tam şəkildə dərc edir və həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilə bilər.

109.3. Dairə üzrə seçkilərin (referendumun) ilkin nəticələri seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokolların dairə seçki komissiyası tərəfindən qəbul edilməsindən dərhal sonra Mərkəzi Seçki Komissiyasına, media subyektləri nə təqdim edilməlidir və ümumiləşdirilən cədvəl şəklində dərc edilməlidir.

109.4. Məntəqə seçki komissiyasının səsvermənin nəticələri haqqında protokolunda olan məlumatlar seçkilərin keçirilməsindən 5 gündən gec olmayaraq, dairə seçki komissiyasının protokolunda seçkinin yekunu (səsvermənin nəticələri) haqqında məlumatlar isə seçki günündən 10 gündən gec olmayaraq müvafiq olaraq bu Məcəllənin 77.3 və 77.4-cü maddələrində göstərilən media subyektlərində rəsmi dərc olunur.

109.5. Seçki günündən sonr Maddə 109. … gec olmayaraq müvafiq olaraq bu Məcəllənin 77.3 və 77.4-cü maddələrində göstərilən media subyektlərində rəsmi dərc olunur.

109.5. Seçki günündən sonra 6 ay müddətində Mərkəzi Seçki Komissiyası məntəqə və dairə seçki komissiyalarının protokollarında olan məlumatları öz rəsmi nəşrində tam şəkildə dərc etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver