QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 128

Maddə 128. Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondları

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

128.1. Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondlarının yaradılması və istifadə edilməsi qaydaları bu Məcəllənin on dördüncü fəsli ilə tənzimlənir.

128.2. Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondları aşağıdakı pul vəsaiti hesabına formalaşa bilər:

128.2.1. 5000 manatdan çox olmamaq şərti ilə referendum üzrə təşviqat qruplarının xüsusi vəsaitləri;

128.2.3. Vətəndaş üçün 1000 manatdan və hüquqi şəxlər üçün 10 min manatdan çox olmamaq şərti ilə könüllü ianələr.

128.3. Bu Məcəllənin 77.4-cü maddəsində nəzərdə tutulan qeydə alınmış referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondu məbləğinin yuxarı həddi 50 min manatdan çox ola bilməz; bu Məcəllənin 77.3-cü maddəsində nəzərdə tutulan qeydə alınmış referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondu məbləğinin yuxarı həddi bir milyon mislindən çox ola bilməz; bu Məcəllənin 77.2-ci maddəsində nəzərdə tutulan qeydə alınmış referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondu məbləğinin yuxarı həddi beş milyon mislindən çox ola bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver