129.1. Referendum üzrə təşviqat qrupları imzaların toplanmasının başlanması haqqında bu Məcəllənin 63-cü maddəsinə uyğun olaraq bildiriş təqdim etdikdən sonra 5 gün müddətində öz maliyyə fondunu formalaşdırmaq üçün referendum üzrə xüsusi hesab açmalıdırlar.
129.2. Referendum üzrə təşviqat qrupları Mərkəzi Seçki Komissiyasından (dairə seçki komissiyasından) bildirişin təsdiq edilmiş surətini aldıqdan sonra, lakin referendum üzrə təşviqat qrupunun qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına (dairə seçki komissiyasına) təqdim edilməsi gününə azı 5 gün qalmış referendum üzrə maliyyə fondunu formalaşdırmaqdan ötrü maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında verdiyi sənəd əsasında referendum üzrə xüsusi hesab açmalıdırlar.
129.3. Referendum üzrə təşviqat qrupları öz referendumqabağı təşviqat kampaniyasını maliyyələşdirərkən bu Məcəllə ilə müəyyənləşdirilmiş maliyyələşdirmə qaydalarının pozulmasına görə bilavasitə özləri məsuliyyət daşıyırlar.