QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 17

Maddə 17. Seçki (referendum) orqanlarının fəaliyyət prinsipləri

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Azərbaycan Respublikasında seçkilər və referendumlar seçki (referendum) komissiyaları tərəfindən təşkil edilir və keçirilir.

17.2. Bu Məcəllə ilə müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki (referendum) orqanları — seçki (referendum) komissiyaları seçkilərin (referendumun) hazırlanmasını, keçirilməsini, səsvermənin nəticələrinin və seçkilərin (referendumun) yekunlarının müəyyən edilməsini, vətəndaşların seçki hüquqlarının həyata keçirilməsini və müdafiəsini təmin edir, həmin hüquqlara riayət olunmasına nəzarət edirlər.

17.3. Bu Məcəllə ilə müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki (referendum) komissiyaları seçkilərin (referendumun) hazırlanmasında və keçirilməsində dövlət hakimiyyəti orqanlarından, bələdiyyə qurumlarından, siyasi partiyalardan, qeyri-hökumət təşkilatlarından və başqa ictimai təşkilatlardan, digər hüquqi və fiziki şəxslərdən asılı deyildirlər; onların və ya onların vəzifəli şəxslərinin seçki (referendum) komissiyalarının fəaliyyətinə müdaxilə etməsinə yol verilmir. Seçki (referendum) komissiyalarının işinə müdaxilə edən və ya təsir göstərən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilirlər.

17.4. Bu Məcəllə ilə müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki (referendum) komissiyalarının qəbul etdiyi qərarlar və aktlar müvafiq ərazidə fəaliyyət göstərən dövlət orqanları, bəl Maddə 17. … səlahiyyətləri daxilində seçki (referendum) komissiyalarının qəbul etdiyi qərarlar və aktlar müvafiq ərazidə fəaliyyət göstərən dövlət orqanları, bələdiyyə qurumları, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, digər ictimai təşkilatlar, referendum üzrə təşviqat qrupları, vəzifəli şəxslər və seçicilər üçün məcburidir. Yuxarı seçki komissiyalarının qərarları aşağı seçki komissiyaları üçün məcburidir.

17.5. Bu Məcəllə ilə müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki (referendum) komissiyaları seçicilərə seçkilərin (referendumun) hazırlanmasının və keçirilməsinin gedişi, onların nəticələri haqqında məlumat verilməsi, seçkilərin (referendumun) hazırlanmasında və keçirilməsində istifadə edilən məlumatların əldə edilməsi, toplanması, tamamlanması, yenidən işlənməsi, ötürülməsi və mühafizə edilməsi, habelə seçki (referendum) komissiyalarının fəaliyyətinin informasiya təminatı məqsədi ilə (seçicilər haqqında məlumatların qorunması və yayılmaması şərti ilə) dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə etmək hüququna malikdirlər.

17.6. Seçkilərin (referendumun) təşkili və keçirilməsi zamanı seçki (referendum) komissiyaları və onların üzvləri, digər vəzifəli şəxslər öz fəaliyyətlərində aşağıdakı tələblərə əməl etməlidirlər:

17.6.1. seçkilərin (referendumun) təşkili və keçirilməsində qanuna əsaslanmalıdırlar, qanunlar tam, bərabər və qərəzsiz tətbiq olunmalıdır;

17.6.2. qanun çərçivəsində hər bir siyasi partiyaya, referendum üz Maddə 17. … ndə qanuna əsaslanmalıdırlar, qanunlar tam, bərabər və qərəzsiz tətbiq olunmalıdır;

17.6.2. qanun çərçivəsində hər bir siyasi partiyaya, referendum üzrə təşviqat qrupuna, namizədə, seçiciyə və seçki (referendum) kampaniyasının digər iştirakçılarına ədalətli və bərabər münasibət bəsləməlidirlər;

17.6.3. namizədə, siyasi partiyalara, referendum üzrə təşviqat qruplarına, seçiciyə münasibətdə neytral və qərəzsiz olmalıdırlar;

17.6.4. hər hansı bir namizədin, siyasi partiyanın, referendum üzrə təşviqat qrupunun dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi başa düşülə bilən hərəkətlərə yol verməməlidirlər;

17.6.5. seçkilərin (referendumun) təşkilatçısı kimi, xidməti və şəxsi mənafelər arasında ziddiyyətlərə yol verməməlidirlər;

17.6.6. seçki (referendum) kampaniyasında iştirak edənlərdən heç bir hədiyyə və digər bəxşişlər almamalıdırlar;

17.6.7. qanunsuz, onların vəzifələri ilə ziddiyyət təşkil edən göstərişləri icra etməməlidirlər;

17.6.8. onların vəzifələri ilə ziddiyyət təşkil edən heç bir hərəkətdə (aksiyada) iştirak etməməlidirlər;

17.6.9. hər hansı bir namizədə, siyasi partiyaya, referendum üzrə təşviqat qrupuna qarşı qərəzli mövqeyin yaranmasına gətirib çıxara bilən fəaliyyətdə (özəl fəaliyyət də daxil olmaqla) iştirak etməməlidirlər;

17.6.10. seçkilərlə (referendumla) əlaqəsi olan heç bir siyasi mübahisə zamanı mövqe bildirməməlidirlər;

17.6.11. siyasi mahiyyət daşıyan seçki məsələləri ilə əlaqədar heç bir seçici ilə münasibətdə olmamalıdırlar;

17.6.12. heç bir siyas Maddə 17. … ldirməməlidirlər;

17.6.11. siyasi mahiyyət daşıyan seçki məsələləri ilə əlaqədar heç bir seçici ilə münasibətdə olmamalıdırlar;

17.6.12. heç bir siyasi partiyanın rəmzlərini gəzdirməməlidirlər, yaymamalıdırlar, heç bir siyasi partiyaya hansısa başqa yolla münasibət bildirməməlidirlər;

17.6.13. seçki komissiyalarının iclasları istisna olmaqla, qəbul olunan qərarları öz mülahizələri üzrə şərh etməməlidirlər;

17.6.14. hər bir qərarın qəbul edilməsinə təsir göstərə bilən məlumatın əldə edilməsini mümkün etməlidirlər;

17.6.15. qanun əsasında seçicilərə, seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ olan şəxslərə sənədlərlə və məlumatlarla tanış olmaq üçün şərait yaratmalıdırlar;

17.6.16. məlumatların yığılmasına, araşdırılmasına, birmənalı və aydın anlaşılmaqla müntəzəm dərc edilməsinə şərait yaratmalıdırlar;

17.6.17. seçicilərin seçkilərdə (referendumda) iştirakı üçün imkan dairəsində bütün tədbirləri görməlidirlər;

17.6.18. seçicilər tərəfindən seçki (referendum) kampaniyasının düzgün başa düşülməsi üçün tədbirlər görməlidirlər;

17.6.19. səs vermək üçün xüsusi şəraitin yaradılması tələb olunan əlilliyi və ya digər fiziki pozuntusu olan, uzaq və ya yolu çətin keçilən yerlərdə yaşayan seçicilərin seçkilərdə (referendumda) iştirakı üçün bütün imkanları yaratmalıdırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver