QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 209

Maddə 209. Prezidentin öz vəzifəsinə başlaması

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

209.1. Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.

209.2. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti respublika üzrə ildə bir dəfə müəyyən edilən orta aylıq nominal əməkhaqqının 20 misli məbləğində aylıq vəzifə maaşı alır.

209.3. Fəaliyyətdə olan Azərbaycan Respublikasının Prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan Respublikası Prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir. VII bölmə BƏLƏDİYYƏ SEÇKİLƏR İ Otuz dördüncü fəsil BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ AİD ÜMUMİ MÜDDƏALAR

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver