QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 210

Maddə 210. Bələdiyyə seçkilərinin əsasları

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

210.1. Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər.

210.2. Seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilir:

210.2.1. əhalisi 500-dən az olan ərazilərdə — 5 bələdiyyə üzvü;

210.2.2. əhalisi 500-dən 999-dək olan ərazilərdə — 7 bələdiyyə üzvü;

210.2.3. əhalisi 1000-dən 4.999-dək olan ərazilərdə — 9 bələdiyyə üzvü;

210.2.4. əhalisi 5000-dən 9.999-dək olan ərazilərdə — 11 bələdiyyə üzvü;

210.2.5. əhalisi 10000-dən 19.999-dək olan ərazilərdə — 13 bələdiyyə üzvü;

210.2.6. əhalisi 20000-dən 49.999-dək olan ərazilərdə — 15 bələdiyyə üzvü;

210.2.7. əhalisi 50000-dən 99.999-dək olan ərazilərdə — 17 bələdiyyə üzvü;

210.2.8. əhalisi 100000-dən 299.999-dək olan ərazilərdə — 19 bələdiyyə üzvü.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver