228.1. Bələdiyyə üzvlüyünə namizədin seçki fondu haqqında aşağıdakı məlumatlar bu Məcəllənin 77.4-cü maddəsində göstərilən media subyektləri tərəfindən hökmən dərc edilməlidir:
228.1.1. bələdiyyə üzvlüyünə namizədin seçki fondu vəsaitinin məbləği min manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;
228.1.2. bələdiyyə üzvlüyünə namizədin seçki fonduna 2 min 500 manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);
228.1.3. bələdiyyə üzvlüyünə namizədin seçki fonduna 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;
228.1.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;
228.1.5. bələdiyyə üzvlüyünə namizədin seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.
228.2. Siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu haqqında aşağıdakı məlumatlar bu Məcəllənin 77.2-ci və ya 77.3-cü maddəsində göstərilən media subyektlərində hökmən dərc edilməlidir:
228.2.1. seçki fondu vəsaitinin 10 min manatdan çox məbləğdə xərclənməsinin maliyyə hesabatı barədə;
228.2.2. seçki fonduna 5 min manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neç Maddə 228. … arədə;
228.2.2. seçki fonduna 5 min manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsi mümkünlüyü nəzərə alınmalıdır);
228.2.3. seçki fonduna 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;
228.2.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;
228.2.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.