QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 230

Maddə 230. Siyasi partiyalarin, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin, qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlərin

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

aldıqları büdcə vəsaitlərinin geri qaytarılmasının məcburiliyi Səsvermədə iştirak etmiş və seçicilərin etibarlı hesab edilən səslərinin azı 3 faizini toplamış bələdiyyə üzvlüyünə namizəd və ya seçilən sayılmış, habelə səsvermə gününədək məcburedici hallara görə namizədliyini geri götürmüş bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd, bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku səsvermə günündən sonra 15 gün müddətində bələdiyyənin onların seçki fondlarına köçürdüyü vəsaitin xərclənməmiş hissəsini həmin bələdiyyəyə qaytarmağa borcludur. Bu müddət başa çatdıqda müvafiq bank müvafiq bələdiyyənin məktubunda göstərilmiş pul vəsaitini mübahisəsiz qaydada onun hesabına köçürməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver