23.1. Seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.
23.2. Aşağı seçki komissiyası tərəfindən vətəndaşların seçki və referendumda iştirak etmək hüquqları pozulduqda və belə bir hal nəticəsində Mərkəzi Seçki Komissiyası (və ya məhkəmə) müvafiq ərazidə səsvermənin nəticələrini etibarsız hesab etdikdə, Mərkəzi Seçki Komissiyası həmin aşağı seçki komissiyasını buraxa bilər. Aşağı seçki komissiyasının buraxılmasına dair Mərkəzi Seçki Komissiyasının qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət edilə bilər. Bu şikayət dərhal baxılmaq üçün qəbul edilir və müvafiq qərar 3 gündən gec olmayaraq çıxarılır. apellyasiya instansiyası məhkəməsinin bu barədə qərarının qanuni qüvvəyə mindiyi gündən ən geci bir həftə müddətində müvafiq aşağı seçki komissiyası bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada təşkil olunmalıdır.
23.3. Bu Məcəllə ilə nəzərdə tutulan hallarda seçki komissiyası buraxılıb yenidən təşkil edilərsə, yenidən təşkil edilmiş seçki komissiyasının səlahiyyət müddəti buraxılmış seçki komissiyasının səlahiyyət müddəti ilə məhdudlaşır. Dördüncü fəsil MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI