QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 22

Maddə 22. Seçki komissiyası üzvünün statusu

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsləri, namizədlərin, qeydə alınmış namizədlərin, eləcə də namizədləri irəli sürmüş siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri, müşahidəçilər, seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvləri, namizədlərin, qeydə alınmış namizədlərin bilavasitə tabeliyində olan şəxslər, yuxarıda göstərilən şəxslərin Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumları, həyat yoldaşları və həyat yoldaşlarının yaxın qohumları (uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr), seçki qanunvericiliyini əvvəllər pozmuş və yuxarı seçki komissiyasının qərarı ilə seçki komissiyasının tərkibindən xaric edilmiş və ya əvvəllər seçki qanunvericiliyini pozmaları məhkəmə qərarı ilə təsdiq edilmiş şəxslər seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər. Belə olduqda və bu hal seçki komissiyasının üzvünü təyin edən orqan tərəfindən təsdiq edildikdə, seçki komissiyasının üzvünü bu Məcəllənin 19.7-ci maddəsində göstərilən əvəzedici üzv əvəz edir. (Bu maddədə nəzərdə tutulmuş qohumluqla əlaqədar (yaxın qohumlar istisna olmaqla) qadağalar bu Məcəllənin 36.7-ci maddəsində göstərilən qaydada seçicilərin sayı 100-dən az olan və 50-dən çox olan yaşayış məntəqələrində təşkil edilmiş məntəqə seçki komissiyalarının üzv Maddə 22. … əsində göstərilən qaydada seçicilərin sayı 100-dən az olan və 50-dən çox olan yaşayış məntəqələrində təşkil edilmiş məntəqə seçki komissiyalarının üzvlərinə şamil edilmir). Seçkilərin nəticələri rəsmi elan olunduqdan sonra qohumluq əlaqələrinə görə səlahiyyətlərinə müvəqqəti xitam verilmiş komissiya üzvlərinin səlahiyyəti bərpa olunur. Onların əvəzinə təyin edilmiş komissiya üzvünün səlahiyyət müddəti yerlərinə təyin edildikləri şəxslərin fəaliyyət göstərə bilmədikləri dövrlə məhdudlaşdırılır.

22.2. Bir seçki komissiyasının üzvü eyni zamanda digər seçki komissiyasının üzvü ola bilməz. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü bu Məcəllənin 36.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, dövlət və bələdiyyə qulluğunda ola bilməz.

22.3. Aşağıdakı hallarda seçki komissiyasının həlledici səs hüquqlu üzvü bir ay müddətində, seçkilərin hazırlanması və keçirilməsi dövründə isə 3 gün müddətində müvafiq seçki komissiyasının qərarı ilə seçki komissiyasının üzvü vəzifəsindən vaxtından əvvəl azad edilir:

22.3.1. vəzifəsindən azad edilməsi haqqında yazılı ərizə verdikdə və bu ərizə seçki komissiyasının sədri tərəfindən təsdiqləndikdə;

22.3.2. bu Məcəllənin 22.1-ci və 22.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda;

22.3.3. siyasi partiyanın üzvü olduqda.

22.4. Seçki komissiyasının həlledici səs hüquqlu üzvünün səlahiyyətlərinə aşağıdakı hallarda dərhal xitam verilir:

22.4.1. Prezidentliyə, Milli Məclisin deputatlığına və ya bələdiyyə üzvlüyünə namizəd olduqda;

22.4.2. Maddə 22. … lərinə aşağıdakı hallarda dərhal xitam verilir:

22.4.1. Prezidentliyə, Milli Məclisin deputatlığına və ya bələdiyyə üzvlüyünə namizəd olduqda;

22.4.2. dövlət hakimiyyəti orqanlarının və ya bələdiyyə qurumlarının seçkili və ya vəzifəli şəxsləri olduqda (bu Məcəllənin 36.3-cü maddəsində göstərilən seçki komissiyalarının üzvləri istisna olmaqla);

22.4.3. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya digər ölkənin vətəndaşı olduqda;

22.4.4. haqqında məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə;

22.4.5. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli, xəbərsiz itkin düşmüş və ya ölmüş hesab edildikdə;

22.4.6. öz vəzifələrini müntəzəm icra etməməsi haqqında və ya bu Məcəllənin 17.6-cı maddəsinin tələblərini pozmaqla icra etməsi haqqında müvafiq seçki komissiyasının qərarı məhkəmə qərarı ilə təsdiq olunduqda;

22.4.7. seçki qanunvericiliyinin tələblərinin pozulması müvafiq məhkəmə qərarı ilə təsdiq olunduqda.

22.5. Bu Məcəllənin 22.3 və 22.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, seçki komissiyasının üzvü onu təyin edən orqan tərəfindən vəzifəsindən azad edilə bilməz və onun səlahiyyətlərinə xitam verilə bilməz.

22.6. Bu Məcəllənin 22.3 və 22.4-cü maddələrində göstərilən hallarda seçki komissiyasının tərkibindən çıxmış həlledici səs hüquqlu üzvün yerinə, onu əvvəl təyin etmiş orqan tərəfindən bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada, onun çıxdığı gündən ən geci 30 gün müddətində, seçki Maddə 22. … u üzvün yerinə, onu əvvəl təyin etmiş orqan tərəfindən bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada, onun çıxdığı gündən ən geci 30 gün müddətində, seçkilərin hazırlanması və keçirilməsi dövründə isə 10 gün müddətində yeni üzv təyin edilir.

22.7. Statusundan asılı olmayaraq seçki komissiyalarının üzvləri bu Məcəllənin tələblərini pozduqlarına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə və ya İnzibati Xətalar Məcəlləsi ilə vəzifəli şəxslər üçün müəyyənləşdirilmiş məsuliyyət daşıyırlar.

22.8. Seçki komissiyasının bu Məcəllənin 36.3-cü maddəsində göstərilən bələdiyyə vəzifələrində, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda, idarələrdə və təsisatlarda işləyən həlledici səs hüquqlu üzvləri, seçki komissiyasında fəaliyyəti dövründə özlərinin razılığı olmadan işəgötürənin təşəbbüsü ilə başqa işə keçirilə bilməzlər və ya vəzifələrindən azad oluna bilməzlər.

22.9. Seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü seçki bülletenlərini və səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrini vermək, seçki bülletenlərini saymaq, seçki bülletenlərini və səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrini ləğv etmək, səsvermənin yekunları və nəticələri haqqında protokolları tərtib etmək, seçki komissiyasının səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edilərkən səs vermək, müvafiq seçki komissiyasının qərarını imzalamaq hüquqları istisna olmaqla, seçki komissiyasının həlledici səs hüquqlu üzvü ilə eyni hüquqlara malikdir.

22.10. Seçki komissiyasının həlledici və məşvərətçi səs hüquqlu Maddə 22. … olmaqla, seçki komissiyasının həlledici səs hüquqlu üzvü ilə eyni hüquqlara malikdir.

22.10. Seçki komissiyasının həlledici və məşvərətçi səs hüquqlu üzvləri:

22.10.1. müvafiq seçki komissiyasının iclasları, həmin iclasda baxılan məsələlər, onlara aid qərar layihələri və digər sənədlər barədə vaxtında məlumatlandırılırlar;

22.10.2. müvafiq seçki komissiyasının səlahiyyətlərinə aid məsələlər üzrə təkliflər verə, seçki komissiyasının iclasında çıxış edə və bu məsələlər üzrə səsvermə keçirilməsini təklif edə bilərlər;

22.10.3. seçki komissiyası iclasının digər iştirakçılarına gündəlikdəki məsələlərə aid suallar verə və mahiyyəti üzrə cavablar ala bilərlər;

22.10.4. hər bir seçki sənədi (o cümlədən seçici siyahıları, seçki bülletenləri) ilə, aşağı seçki komissiyasının seçki sənədləri ilə tanış ola, sənədlərin (seçici siyahıları, imza vərəqələri, seçki bülletenləri və seçici vəsiqələri istisna olmaqla) surətlərini ala bilər, qanunla dövlət, kommersiya sirri və ya başqa sirr sayılmayan məlumatları əks etdirən sənədlərlə tanış ola bilərlər;

22.10.5. seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) bu Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq yuxarı seçki komissiyasına və məhkəməyə şikayət edə bilərlər.

22.11. Seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvlərinin səlahiyyətləri seçkilərin (referendumun) yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edilməsindən 30 gün sonra başa çatır, lakin yuxarı seçki komissiyasına aşağı seçki komissiyasının qərarın Maddə 22. … yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edilməsindən 30 gün sonra başa çatır, lakin yuxarı seçki komissiyasına aşağı seçki komissiyasının qərarından, hərəkətindən (hərəkətsizliyindən) şikayət daxil olmuşdursa, səsvermə və ya səslərin hesablanması qaydası pozulmuşdursa və bu faktlar üzrə məhkəmə araşdırması aparılırsa, həmin səlahiyyətlərə yalnız şikayətin mahiyyəti üzrə yuxarı seçki komissiyası, yaxud məhkəmə tərəfindən qərar qəbul edildikdən sonra xitam verilir.

22.12. Referendumun keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarına təyin edilən məşvərətçi səs hüquqlu üzvlər həmin komissiyaların yalnız referendumun keçirilməsi ilə əlaqədar fəaliyyətində, Prezident seçkilərinin keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarına təyin edilən məşvərətçi səs hüquqlu üzvlər həmin komissiyaların yalnız Prezident seçkilərinin keçirilməsi ilə əlaqədar fəaliyyətində, Milli Məclis deputatlarının seçkilərinin keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarına təyin edilən məşvərətçi səs hüquqlu üzvlər həmin komissiyaların yalnız Milli Məclis deputatlarının seçkilərinin keçirilməsi ilə əlaqədar fəaliyyətində, bələdiyyələrə seçkilərin keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarına təyin edilən məşvərətçi səs hüquqlu üzvlər həmin komissiyaların yalnız bələdiyyələrə seçkilərin keçirilməsi ilə əlaqədar fəaliyyətində iştirak edə bilərlər.

22.13. Seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvünün səlahiyyətlərinə onu təyin etmiş şəxsin və ya namizəd irəli sürmüş Maddə 22. … ə iştirak edə bilərlər.

22.13. Seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvünün səlahiyyətlərinə onu təyin etmiş şəxsin və ya namizəd irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı ilə istənilən vaxt xitam verilə yaxud bu səlahiyyətlər digər şəxsə verilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver