QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 231

Maddə 231. Siyasi partiyalar, siyasi partiyaların blokları, bələdiyyə üzvlüyünə namizədlər tərəfindən pulsuz efir vaxtının və dövri nəşrlərdə pulsuz

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

ayrılmış yerin dəyərinin ödənilməsi

231.1. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan namizəd, siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində göstərilən televiziya və radio yayımçılarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrlərdə ayrılmış yerin dəyərini tam həcmdə ödəməlidir. Göstərilən dəyər seçki fondundan yekun maliyyə hesabatının verildiyi günədək namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən ödənilməlidir. Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 3 gün müddətində göstərilən namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, habelə həmin partiyaların blokunun tərkibinə daxil olmuş siyasi partiyaların siyahısını, onların ünvanını, istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi barədə siyasi partiyalar bloklarının birgə qərarlarından çıxarışların təsdiq edilmiş surətlərini bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində göstərilmiş televiziya və radio yayımçılarına və dövri nəşrlərin redaksiyalarına göndərir.

231.2. Bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində göstərilən televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 10 gün Maddə 231. … də göstərilən televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 10 gün müddətində bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, habelə siyasi partiyaların blokuna daxil olmuş siyasi partiyalara istifadə edilmiş pulsuz efir vaxtının dəyəri və dövri nəşrdə ayrılmış yerin həcmi və dəyəri haqqında, özlərinin hüquqi ünvanı və bank rekvizitləri barəsində müvafiq məlumat göndərirlər.

231.3. Bu Məcəllənin 80.5, 83.6 və 224.2-ci maddələrində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyəri bu Məcəllənin 80.6-cı və 83.7-ci maddələrində nəzərdə tutulmuş qaydada namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna təqdim edilmiş efir vaxtının və dövri nəşrdə ayrılmış yerin ümumi həcminin televiziya və radio yayımçılarının və dövri nəşrlərin redaksiyalarının müəyyənləşdirdiyi efir vaxtının və dövri nəşrdə ayrılmış və məlumat üçün dərc edilmiş yerin qiymətinə vurulması yolu ilə müəyyən edilir.

231.4. Siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllənin 224.2-ci maddəsində göstərilən təşviqat tədbirlərinin birgə keçirilməsi yolu ilə pulsuz efir vaxtından istifadə etdikdə hər bir siyasi partiyanın, siyasi partiyalar blokunun qaytardığı pul vəsaitinin həcmi televiziya və radio yayımçıları tərəfindən onların iştirak etdikləri birgə təşviqat tədbirlərinin hər birinin iştirakçılarının ümumi sayına proporsional olaraq Maddə 231. … a və radio yayımçıları tərəfindən onların iştirak etdikləri birgə təşviqat tədbirlərinin hər birinin iştirakçılarının ümumi sayına proporsional olaraq bərabər paylarla müəyyənləşdirilir.

231.5. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku pulsuz efir vaxtından bu Məcəllənin 81.5-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada və müddətdə imtina edibsə, təqdim edilmiş pulsuz efir vaxtının dəyəri ödənilmir.

231.6. Bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində nəzərdə tutulmuş televiziya və radio yayımçıları və dövri nəşr redaksiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində Mərkəzi Seçki Komissiyasına bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini tam ödəməmiş namizəd, siyasi partiya haqqında məlumat verirlər. Dairə seçki komissiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan və seçki komissiyaları qarşısında borc öhdəliyi olan vətəndaşlar, siyasi partiyalar haqqında Mərkəzi Seçki Komissiyasına məlumat verirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver