25.1. Mərkəzi Seçki Komissiyası Prezident seçkilərini və Milli Məclis deputatlarının seçkilərini, həmçinin referendumların, bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir. Müharibə şəraitində hərbi əməliyyatların aparılması ilə əlaqədar seçkilərin keçirilməsi mümkün olmadıqda Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsinə və 101-ci maddəsinin V hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edir.
25.2. Mərkəzi Seçki Komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir:
25.2.1. seçkilərin (referendumun) hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir, seçkilərin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar tədbirlər həyata keçirir, bu Məcəllənin müvafiq müddəalarının eyni cür və dürüst tətbiqini təmin edir;
25.2.2. bu Məcəllənin qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərar qəbul edir;
25.2.3. özünün təşkiledilmə prinsipinə uyğun olaraq dairə seçki komissiyalarını yaradır;
25.2.4. dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinə rəhbərlik edir;
25.2.5. seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini işləyib hazırlayır, həmin normativləri təsdiq edir və onlara riayət olunmasına nəzarət edir;
25.2.6. seçki (referendum) bülletenlərinin (bundan sonra — seçki bülleteni), proto Maddə 25. … normativləri təsdiq edir və onlara riayət olunmasına nəzarət edir;
25.2.6. seçki (referendum) bülletenlərinin (bundan sonra — seçki bülleteni), protokolların, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin və digər seçki (referendum) sənədlərinin (bundan sonra — seçki sənədlərinin) dairə seçki komissiyalarına çatdırılmasını təmin edir;
25.2.7. seçkilərin (referendumların) hazırlanması və keçirilməsi, seçki (referendum) sisteminin inkişafı, seçicilərin hüquqi biliklərinin artırılması, seçki komissiyaları üzvlərinin təlimatlandırılması ilə əlaqədar treyninqlər keçirir və axırıncıların peşə hazırlığı ilə əlaqədar proqramların həyata keçirilməsini təmin edir;
25.2.8. seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı fəaliyyətinə, referendum üzrə təşviqat qruplarının referendumqabağı fəaliyyəti üçün şərait yaradır; qeydə alınmış namizədlər, siyasi partiyalar və siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları arasında efir vaxtının bölüşdürülməsinin vahid qaydalarını təsdiq edir, səsvermənin və referendumun nəticələrinin dərc olunma qaydalarını müəyyən edir;
25.2.9. dövlət büdcəsindən seçkilərin (referendumların) hazırlanmasına və keçirilməsinə ayrılan vəsaiti bölüşdürür, onun məqsədli istifadəsinə nəzarət edir;
25.2.10. seçki komissiyalarına hüquqi, metodiki və texniki-təşkilati yardım göstərir;
25.2.11. seçki bülletenlərinin, seçici siyahılarının, səsvermə üçün qeydiyyatdan çı Maddə 25. … ssiyalarına hüquqi, metodiki və texniki-təşkilati yardım göstərir;
25.2.11. seçki bülletenlərinin, seçici siyahılarının, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin, səsvermə protokollarının və digər seçki sənədlərinin nümunələrini təsdiq edir, onların hazırlanmasını və mühafizəsini təmin edir;
25.2.12. seçki sənədlərinin saxlanılması və arxivə verilməsi qaydalarını təsdiq edir;
25.2.13. seçki komissiyaları üçün texnoloji təchizat normativlərini təsdiq edir və bunlara əməl olunmasına nəzarət edir; seçki komissiyaları möhürlərinin nümunələrini təsdiq edir;
25.2.14. seçkiqabağı təşviqatın maliyyələşdirilməsinə nəzarət edir;
25.2.15. seçiciləri seçici hərəkətlərinin həyata keçirilməsi müddətləri, qaydası və seçkilərin (referendumun) gedişi haqqında məlumatla təmin edir;
25.2.16. seçki komissiyalarının otaqlarla, nəqliyyat və rabitə vasitələri ilə təmin olunmasına nəzarət edir və seçkilərin (referendumun) maddi-texniki təminatı ilə bağlı digər məsələləri həll edir;
25.2.17. müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları ilə birlikdə seçicilərin vahid siyahısını tərtib edir;
25.2.18. müvafiq icra hakimiyyəti orqanlarından və bələdiyyə orqanlarından seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı məsələlərə aid məlumatlar alır;
25.2.19. dövlət avtomatlaşdırılmış informasiya sistemindən eyni qaydada istifadə olunmasını təmin edir;
25.2.20. müşahidəçiləri qeydə alır və onlara müəyyən edilmiş formada lövhəciklər verir;
25.2.21. bu Məcəllənin 28.1-ci və 28.5-ci maddələrinə uy Maddə 25. … edir;
25.2.20. müşahidəçiləri qeydə alır və onlara müəyyən edilmiş formada lövhəciklər verir;
25.2.21. bu Məcəllənin 28.1-ci və 28.5-ci maddələrinə uyğun olaraq öz iş qaydasını müəyyən edir;
25.2.22. seçki komissiyalarının qanunsuz qərarlarını ləğv edir, öz vəzifələrinə uyğun gəlməyən seçki komissiyalarının sədri və katibləri haqqında təqdimatla müvafiq komissiyaya müraciət edir; 25.2.23 exit-poll keçirən təşkilatların akkreditasiyasını həyata keçirir, həmin təşkilatların akkreditasiyadan keçmə qaydalarını müəyyən edir
25.2.24. bu Məcəlləyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
25.3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Məcəllənin həyata keçirilməsinə dair təlimatlar və metodiki göstərişlər qəbul edir və onları dərc etdirir.
25.4. Mərkəzi Seçki Komissiyası bu Məcəllənin həyata keçirilməsi ilə bağlı qəbul edilən təlimatların və metodiki göstərişlərin aşağı seçki komissiyalarına çatdırılmasını təmin etməlidir. Aşağı komissiyalar həmin təlimatları və metodiki göstərişləri Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada onların asan oxunmasını təmin edən məlumat lövhələrində yerləşdirməlidir.