QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 26

Maddə 26. Mərkəzi Seçki Komissiyasının fəaliyyət istiqamətləri Referendumun, Milli Məclisə seçkilərin, Prezident seçkilərinin və bələdiyyə

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

seçkilərinin keçirilməsi zamanı Mərkəzi Seçki Komissiyası bu Məcəllənin 25-ci maddəsinə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

26.1. Mərkəzi Seçki Komissiyası referendumun hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir:

26.1.1. referendumun bu Məcəlləyə uyğun keçirilməsinə nəzarət edir;

26.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda referendum üzrə təşviqat qruplarını qeydə alır;

26.1.3. qeydiyyatdan keçmiş referendum üzrə təşviqat qruplarının ümumi siyahılarını dərc edir;

26.1.4. referendumqabağı təşviqat üçün referendum üzrə təşviqat qrupları arasında efir vaxtı bölgüsünün eyni qaydada həyata keçirilməsini təmin edir;

26.1.5. referendum üzrə təşviqat qruplarının referendum fondlarına daxil olmuş vəsaitlərdən istifadə olunmasına nəzarəti təmin edir;

26.1.6. referendumun yekunlarını müəyyənləşdirir və mətbuatda dərc edir;

26.1.7. bu Məcəlləyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

26.2. Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir:

26.2.1. Milli Məclisə seçkilərin bu Məcəlləyə uyğun keçirilməsinə nəzarət edir;

26.2.2. bu Məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən riayət olunmasını təmin e Maddə 26. … əaliyyət şərtlərinə bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən riayət olunmasını təmin edir;

26.2.3. seçkiqabağı təşviqat üçün siyasi partiyalar və siyasi partiyaların blokları, qeydə alınmış namizədlər arasında efir vaxtı bölgüsünün eyni qaydada həyata keçirilməsini təmin edir;

26.2.4. deputatlığa namizədlərin (siyasi partiyaların) seçki fondlarına daxil olmuş vəsaitdən istifadə olunmasına nəzarəti təmin edir;

26.2.5. dairələr üzrə qeydə alınmış namizədlərin siyahısını dərc edir;

26.2.6. seçki dairələri üzrə qeydə alınmış namizədlər arasından seçilmiş deputatları müəyyən edir, onlara müvafiq vəsiqə verir;

26.2.7. Azərbaycan Respublikası üzrə Milli Məclisə seçkilərin nəticələrini, məntəqə seçki komissiyalarının protokollarındakı məlumatlar da daxil olmaqla, rəsmi dərc edir;

26.2.8. seçilmiş deputatların siyahısını tərtib edir, bu siyahıları və lazımi sənədləri Milli Məclisə təqdim edir;

26.2.9. təkrar seçkilər və sıradan çıxmış deputatların yerinə seçkilər keçirilməsini təşkil edir;

26.2.10. bu Məcəllədə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

26.3. Mərkəzi Seçki Komissiyası Prezident seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir:

26.3.1. Prezident seçkilərinin bu Məcəlləyə uyğun keçirilməsinə nəzarət edir;

26.3.2. prezidentliyə namizədləri, onların vəkil edilmiş şəxslərini, səlahiyyətli nümayəndələrini qeydə alır;

26.3.3. prezidentliyə namizədlərə və onların vəki Maddə 26. … rezidentliyə namizədləri, onların vəkil edilmiş şəxslərini, səlahiyyətli nümayəndələrini qeydə alır;

26.3.3. prezidentliyə namizədlərə və onların vəkil edilmiş şəxslərinə müəyyən olunmuş nümunədə müvafiq vəsiqə verir;

26.3.4. qeydə alınmış namizədlərin ümumi siyahısını dərc edir;

26.3.5. prezidentliyə namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şəraiti təmin edir;

26.3.6. bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə riayət olunmasını təmin edir;

26.3.7. qeydə alınmış namizədlər arasında efir vaxtı bölgüsünün eyni qaydada həyata keçirilməsini təmin edir;

26.3.8. prezidentliyə namizədlərin seçki fondlarına daxil olmuş vəsaitlərdən istifadə olunmasına nəzarəti təmin edir;

26.3.9. prezident seçkilərinin nəticələrini müəyyən edir;

26.3.10. prezident seçilmiş namizədə vəsiqə verir;

26.3.11. prezident seçkilərinin nəticələrini rəsmi dərc edir;

26.3.12. prezident seçkiləri üzrə təkrar səsvermə keçirilməsini təşkil edir;

26.3.13. təkrar prezident seçkiləri keçirilməsini təşkil edir;

26.3.14. bu Məcəllə ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

26.4. Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir:

26.4.1. bələdiyyə seçkilərinin bu Məcəlləyə uyğun keçirilməsinə nəzarət edir;

26.4.2. dairələr üzrə qeydə alınmış namizədlərin siyahısını dərc edir;

26.4.3. dairə seçki komiss Maddə 26. … rinin bu Məcəlləyə uyğun keçirilməsinə nəzarət edir;

26.4.2. dairələr üzrə qeydə alınmış namizədlərin siyahısını dərc edir;

26.4.3. dairə seçki komissiyasının təqdimatı əsasında təkrar və əlavə seçkilərin keçirilməsi haqqında qərar qəbul edir;

26.4.4. seçkilərin nəticələrini rəsmi dərc edir;

26.4.5. bu Məcəllə ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver