27.1. Mərkəzi Seçki Komissiyasının sədri, sədrinin müavini, katibi və üzvü komissiyada öz səlahiyyətləri dövründə dövlət büdcəsi hesabına əməkhaqqı alır. Mərkəzi Seçki Komissiyasının üzvünün, sabiq üzvünün və onun ailə üzvlərinin pensiya təminatı “ Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
27.2. Mərkəzi Seçki Komissiyasının üzvü Azərbaycan Respublikası Baş prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz, saxlanıla bilməz, tutula bilməz və ya məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Mərkəzi Seçki Komissiyasının üzvü cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, Mərkəzi Seçki Komissiyasının üzvünü tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
27.3. Mərkəzi Seçki Komissiyası üzvünün seçkilər (referendum) dövründə ölkə ərazisində gediş-gəliş üçün şəhərlərarası nəqliyyatdan və hər cür ictimai nəqliyyatdan (taksi və sifarişli reyslər istisna olmaqla) istifadə xərcləri müvafiq gediş-gəliş sənədləri təqdim olunduqda Mərkəzi Seçki Komissiyasının ayırdığı vəsait hesabına ödənilir.