31.1. Dairə seçki komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir:
31.1.1. seçki dairəsinin ərazisində Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarına riayət olunmasına nəzarət edir;
31.1.2. bu Məcəllənin qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxır və əsaslandırılmış qərar qəbul edir;
31.1.3. seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı fəaliyyətinə, referendum üzrə təşviqat qruplarının referendumqabağı fəaliyyətinə şərait yaradır;
31.1.4. seçki dairəsinin ərazisində məntəqə seçki komissiyalarına ad verir və seçki məntəqələrinin vahid qaydada nömrələnməsini təmin edir;
31.1.5. seçki bülletenlərinin, protokolların, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin və digər seçki sənədlərinin məntəqə seçki komissiyalarına çatdırılmasını təmin edir;
31.1.6. seçkilərin (referendumun) hazırlanması və keçirilməsi üçün ayrılmış pul vəsaitini məntəqə seçki komissiyaları arasında bölüşdürür, bu vəsaitin təyinatı üzrə istifadəsinə nəzarəti təmin edir;
31.1.7. müvafiq icra hakimiyyəti orqanlarından və bələdiyyə qurumlarından seçkilərin (referendumun) hazırlanması və keçirilməsi ilə bağlı məsələlərə aid məlumatlar alır;
31.1.8. seçkilərin (referendumun) gedişində seçki hərəkətlərinin həyata keçirilməsi qaydası və müddəti haqqında seçicilərə məlumat verir, qeydə alınmış namizədlərə dair məlumatları, seçki Maddə 31. … işində seçki hərəkətlərinin həyata keçirilməsi qaydası və müddəti haqqında seçicilərə məlumat verir, qeydə alınmış namizədlərə dair məlumatları, seçkilərin (səsvermənin) ilkin nəticələri haqqında məlumatları dərc edir;
31.1.9. məntəqə seçki komissiyalarının otaqlarla, nəqliyyat və rabitə vasitələri ilə təmin edilməsinə, seçkilərin maddi-texniki təchizatı məsələlərinə dair qəbul olunan müvafiq qərarların yerinə yetirilməsinə nəzarət edir;
31.1.10. seçki dairəsinin ərazisində məntəqə seçki komissiyalarına seçki məntəqələrində səsvermənin keçirilməsi işində təşkilati-texniki kömək göstərir;
31.1.11. məntəqə seçki komissiyalarının fəaliyyətini əlaqələndirir;
31.1.12. Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi qaydalara uyğun olaraq seçki (referendum) sənədlərinin saxlanılmasını təmin edir;
31.1.13. seçkilərin (referendumun) hazırlanması və keçirilməsi ilə əlaqədar sənədlərin, o cümlədən səsvermənin (seçkilərin) nəticələri haqqında protokolların Mərkəzi Seçki Komissiyasına verilməsini təmin edir;
31.1.14. seçki dairəsinin ərazisində dövlət avtomatlaşdırılmış informasiya sistemindən eyni qaydada istifadə olunmasını təmin edir;
31.1.15. məntəqə seçki komissiyalarının üzvlərini təlimatlandırır;
31.1.16. məntəqə seçki komissiyalarının qanunsuz qərarlarını ləğv edir.