QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 32

Maddə 32. Dairə seçki komissiyasının fəaliyyət istiqamətləri Referendumun, Milli Məclisin deputatlarının seçkilərin, Prezident seçkilərinin və

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

bələdiyyə seçkilərinin keçirilməsi zamanı dairə seçki komissiyası bu Məcəllənin 31-ci maddəsinə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

32.1. Dairə seçki komissiyası referendumun hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir: 32.1.1.bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda referendum üzrə təşviqat qruplarını qeydə alır;

32.1.2. referendum dairəsində səslərin hesablanmasının nəticələrini müəyyən edir;

32.1.3. referendum dairələrində referendum üzrə təşviqat qruplarının seçki fondları vəsaitinin xərclənməsinə nəzarəti təmin edir;

32.1.4. bu Məcəlləyə uyğun olaraq başqa səlahiyyətləri həyata keçirir.

32.2. Dairə seçki komissiyası Milli Məclisin deputatlarının seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı səlahiyyətləri həyata keçirir:

32.2.1. müvafiq birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədlər barəsində məlumatların alınmasını təmin edir, qeydə alınmış namizədlər barəsində məlumatları dərc edir;

32.2.2. birmandatlı seçki dairəsi üzrə namizədləri, onların səlahiyyətli nümayəndələrini, vəkil edilmiş şəxslərini qeydə alır, onlara Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi nümunədə vəsiqə verir;

32.2.3. seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları vəsaitinin xərclənməsinə nəzarəti t Maddə 32. … isində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları vəsaitinin xərclənməsinə nəzarəti təmin edir;

32.2.4. seçki dairəsinin ərazisində bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün bu Məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə əməl olunmasını təmin edir;

32.2.5. birmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarını müəyyənləşdirir;

32.2.6. təkrar və əlavə seçkilər keçirir;

32.2.7. bu Məcəlləyə uyğun digər vəzifələri həyata keçirir.

32.3. Dairə seçki komissiyası Prezident seçkilərinin hazırlanması və keçirilməsi ilə əlaqədar aşağıdakı səlahiyyətləri həyata keçirir:

32.3.1. prezidentliyə namizədlər üçün seçki dairəsinin ərazisində bərabər seçkiqabağı fəaliyyət şəraiti təmin edir;

32.3.2. seçki dairəsinin ərazisində namizədlər, qeydə alınmış namizədlər tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə əməl olunmasını təmin edir;

32.3.3. seçki dairəsinin ərazisində Prezident seçkiləri üzrə səsvermənin nəticələrini müəyyən edir;

32.3.4. bu Məcəlləyə uyğun olaraq digər vəzifələri həyata keçirir.

32.4. Dairə seçki komissiyası bələdiyyələrə seçkilərin hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir:

32.4.1. seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlər barəsində məlumatların alınmasını təmin edir, qeydə alınmış namizədlər barəsində məlumatları dərc edir;

32.4.2. seçki ərazisi üzrə bələdiyy Maddə 32. … namizədlər barəsində məlumatların alınmasını təmin edir, qeydə alınmış namizədlər barəsində məlumatları dərc edir;

32.4.2. seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizədləri, onların səlahiyyətli nümayəndələrini, vəkil edilmiş şəxslərini qeydə alır, onlara Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada vəsiqə verir;

32.4.3. seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizədlər üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə nəzarət edir;

32.4.4. seçki ərazisi üzrə məntəqə seçki komissiyalarının məlumatlarına əsasən səsvermənin nəticələrini müəyyən edir;

32.4.5. təkrar və əlavə seçkilərin keçirilməsini təşkil edir;

32.4.6. bu Məcəlləyə uyğun olaraq digər vəzifələri həyata keçirir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver