42.1. Yerli və beynəlxalq müşahidəçilər eyni hüquqlara malikdirlər və eyni vəzifələr daşıyırlar.
42.2. Müşahidəçinin, o cümlədən beynəlxalq müşahidəçinin bu Məcəllənin 40.12-ci və 40.13-cü maddələrində göstərilən hüquqlarla yanaşı aşağıdakı hüquqları vardır:
42.2.1. seçici siyahıları ilə tanış olmaq;
42.2.2. səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq;
42.2.3. seçicilərə seçki bülletenlərinin verilməsini müşahidə etmək;
42.2.4. səsvermə yerindən kənarda seçicilərin səs verməsini müşahidə etmək;
42.2.5. seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək;
42.2.6. müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək;
42.2.7. müşahidə aparmağı təmin edən şəraitdə və müəyyən məsafədən seçicilərin səslərinin hesablanmasına, seçicilərin səsləri hesablanarkən doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını yoxlamaq məqsədi ilə baxmaq, səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları (ümumi yekunları) haqqında seçki komissiyasının protokolu və digər sənədlərlə tanış olmaq;
42.2.8. səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək;
42.2.9. seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları haqqında protokol Maddə 42. … üraciət etmək;
42.2.9. seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının kilidləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara daxil olmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq (müşahidəçinin tələbi ilə seçki komissiyası adı çəkilən sənədlərin surətlərini təsdiq etməlidir), səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq;
42.2.10. müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək;
42.2.11. seçki sənədlərinin dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına göndərilməsini müşahidə etmək.
42.3. Müşahidəçiyə aşağıdakı hərəkətlər qadağan edilir:
42.3.1. seçicilərə seçki bülletenləri vermək;
42.3.2. seçiciyə necə səs verəcəyi və ya necə səs verdiyi haqqında sual vermək;
42.3.3. seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək;
42.3.4. seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;
42.3.5. seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək;
42.3.6. seçki komissiyalarının işinə Maddə 42. … yalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək;
42.3.6. seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək;
42.3.7. seçicilər arasında təşviqat aparmaq;
42.3.8. bu və ya digər namizədin, siyasi partiyanın, referenduma çıxarılan sualın dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək;
42.3.9. müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək;
42.3.10. seçicilərin suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla).
42.4. Bu Məcəllənin 42.3-cü maddəsində göstərilən tələblərə riayət etməyən müşahidəçinin qeydiyyatı onu qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə tərəfindən ləğv edilə bilər.
42.5. Müşahidəçilər müşahidənin yekunlarına dair rəylərini Mərkəzi, dairə və ya məntəqə seçki komissiyasının sədrinə təqdim etdikdə həmin rəy səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında protokola əlavə edilməlidir.