QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 41

Maddə 41. Müşahidə aparılmasının prinsipləri

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

41.1. Müşahidənin aparılması aşağıdakı prinsiplərə əsaslanmalıdır:

41.1.1. seçki prosesinə bir namizədin və ya siyasi partiyanın mənafeləri naminə təsir göstərilməməlidir;

41.1.2. müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır;

41.1.3. müşahidə açıq aparılmalıdır;

41.1.4. müşahidənin yekunları faktlara əsaslanmalıdır.

41.2. Sadalanan prinsiplər müşahidəçinin lövhəciyinin arxasında göstərilməlidir.

41.3. Müşahidə seçkilərin (referendumun) təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən başlana bilər və müvafiq məhkəmələrdə seçkilərlə (referendumla) əlaqədar bütün mübahisələrə baxıldıqdan sonra, seçkilərin (referendumun) yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edildiyi gün bitir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver