QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 63

Maddə 63. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

63.1. Referendum üzrə təşviqat qrupunun yaradılmasının 2 mindən az olmayan təşəbbüsçüləri Mərkəzi Seçki Komissiyasına yazılı bildiriş verir.

63.2. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçülərinin sayı 500-dən çox və 2 mindən azdırsa, bildiriş təşəbbüsçülərin əksəriyyətinin ərazisində yaşadıqları dairə seçki komissiyasına verilir.

63.3. Bildirişdə hər bir təşəbbüsçünün soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti, əsas iş və ya xidmət yeri, tutduğu vəzifəsi (bu olmadıqda — fəaliyyət növü) göstərilməlidir. Bildirişə referendum üzrə təşviqat qrupunun yaradılması təşəbbüsçülərinin səlahiyyətli nümayəndələrinin siyahısı əlavə edilir. Bildiriş məlumat xarakteri daşıyır və onun barəsində müvafiq seçki komissiyasında qərar çıxarılması tələb olunmur.

63.4. Müvafiq seçki komissiyası bildirişin alınması barədə təşəbbüsçülərə 5 gün müddətində yazılı məlumat verməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver