64.1. Zəruri olan imzaların toplanmasının təşkil edilməsi məqsədi ilə və referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri adından bu Məcəllə ilə nəzərdə tutulan digər hərəkətlərin həyata keçirilməsi məqsədi ilə referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri səlahiyyətli nümayəndə (nümayəndələr) təyin edə bilərlər. Mərkəzi Seçki komissiyasında qeydiyyatdan keçən referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin sayı 25-dən, dairə seçki komissiyasında qeydiyyatdan keçən referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin sayı isə 5-dən artıq ola bilməz.
64.2. Referendum üzrə təşviqat qrupu qeydə alındıqdan sonra bu Məcəllənin 64.1-ci maddəsində göstərilən səlahiyyətli nümayəndə referendum üzrə təşviqat qrupunun qərarına əsasən həmin qrupun səlahiyyətli nümayəndəsi kimi öz səlahiyyətlərini saxlaya bilər.
64.3. Referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsinin təyin edilməsi müvafiq şəxsə notariat qaydasında təsdiq edilmiş vəkalətnamənin verilməsi yolu ilə həyata keçirilir. Həmin vəkalətnamə referendum üzrə təşviqat qrupunun bütün təşəbbüsçüləri adından verilməlidir.
64.4. Referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi öz səlahiyyətini soyadını, adını, atasının adını, doğum tarixini, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini və verilmə tarixini və ya Maddə 64. … ni soyadını, adını, atasının adını, doğum tarixini, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini, yaşayış yerinin ünvanını, iş yerini, vəzifəsini və ya xidməti vəzifəsini (bunlar olmadıqda — fəaliyyət növünü) əks etdirən, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə isə həm də maliyyə sənədlərinin və həmin sənədlər üçün möhürlərin nümunələrini əks etdirən, bu Məcəllənin 64.3-cü maddəsində göstərilən vəkalətnamə əsasında həyata keçirir. Həmin vəkalətnamə şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədlə birlikdə təqdim edildikdə etibarlı sayılır.
64.5. Referendum üzrə təşviqat qrupunun təyin etdiyi səlahiyyətli nümayəndələrin siyahıları həmin qrupu qeydiyyata alan seçki komissiyasına təqdim edilir. Referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin siyahısında səlahiyyətli nümayəndələrin hər birinin soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti, yaşayış yerinin ünvanı, əsas iş yeri və vəzifəsi (bu olmadıqda fəaliyyət növü), telefon nömrəsi göstərilməlidir. Müvafiq seçki komissiyasına təqdim edilmiş müvafiq siyahıya hər bir şəxsin səlahiyyətli nümayəndə olmağa razılığı barədə yazılı ərizəsi əlavə edilməlidir.
64.6. Referendum üzrə təşviqat qrupunun qərarı ilə yazılı formada xəbərdar etməklə, nümayəndənin səlahiyyətlərinə xitam verilə bilər; bu barədə qəbul edilmiş qərarın s Maddə 64. … üzrə təşviqat qrupunun qərarı ilə yazılı formada xəbərdar etməklə, nümayəndənin səlahiyyətlərinə xitam verilə bilər; bu barədə qəbul edilmiş qərarın surəti qrupu qeydiyyata alan seçki komissiyasına və dairə seçki komissiyalarına göndərilməlidir. Bu qərar referendum üzrə təşviqat qrupu üzvlərinin səs çoxluğu ilə qəbul edilir və onu qəbul edənlər tərəfindən imzalanır. Bu halda referendum üzrə təşviqat qrupu başqa səlahiyyətli nümayəndə təyin edə bilər.
64.7. Referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin səlahiyyət müddəti onların təyin edildiyi vaxtdan başlanır və referendumun nəticələrinin rəsmi dərc edildiyi gündən gec olmayaraq başa çatır.