66.1. Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan imzalar bu Məcəllənin 65.3-cü maddəsinə uyğun olaraq bir və ya bir neçə seçki dairəsinin ərazisində toplanıbsa, bu Məcəllənin 66.2-ci maddəsində göstərilən sənədlər ərazisində imzaların əksəriyyəti toplanmış müvafiq dairə seçki komissiyasına təqdim edilir; bu Məcəllənin 65.2-ci maddəsində göstərilən qaydada seçici imzalarını toplayan referendum üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri bu Məcəllənin 66.2-ci maddəsində göstərilən sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.
66.2. Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün onun səlahiyyətli nümayəndəsi səsvermə gününə azı 35 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı sənədləri təqdim etməlidir:
66.2.1. toplanmış seçici imzaları olan imza vərəqələri;
66.2.2. seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi;
66.2.3. referendum üzrə təşviqat qrupunun yaradılması təşəbbüsçülərinin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).
66.3. Müvafiq seçki komissiyası sənədləri qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, so Maddə 66. … ovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və vaxtını qeyd edərək, referendum üzrə təşviqat qrupu yaradılması təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsinə, qəbul edilmiş imza vərəqələrinin sayını və onlardakı imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir. Həmin şəxslər tərəfindən müvafiq seçki komissiyasına müvafiq sənədlər bu Məcəllənin 66.2-ci maddəsində göstərilmiş müddət başa çatanadək təqdim edildikdə, onların qəbul edilməsindən imtina edilə bilməz, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsinin müvafiq binaya (otağa) daxil olmasına məhdudiyyət qoyula bilməz.
66.4. Referendum üzrə təşviqat qrupunun qeydiyyatı müvafiq seçki komissiyasına seçici imzaları təqdim olunduqdan sonra aparılır.