65.1. Referendum üzrə təşviqat qrupunun yaradılması üçün imzalar bu Məcəllənin 57-ci maddəsinə uyğun olaraq toplanır və rəsmiləşdirilir. İmza vərəqələri bu Məcəlləyə 4 saylı əlavəyə uyğun hazırlanır.
65.2. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri Azərbaycan Respublikasının bütün ərazisində referendumqabağı təşviqatın aparılması niyyətində olduqda, onlar referendum üzrə təşviqat qrupunda üzvlüyə razılığa dair azı 40 min seçicinin imzasını azı 60 seçki dairəsinin ərazisində toplamalıdırlar. Bu halda bir seçki dairəsindən olan referendum üzrə təşviqat qrupunun potensial üzvlərinin sayı 100-dən az ola bilməz.
65.3. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri Azərbaycan Respublikası ərazisinin bir hissəsində referendumqabağı təşviqatın aparılması niyyətində olduqda, onlar referendumqabağı təşviqatın aparılması nəzərdə tutulan hər bir seçki dairəsinin ərazisində referendum üzrə təşviqat qrupunda üzvlüyə dair azı 100 seçici imzası toplamalıdırlar.
65.4. Seçici öz iradəsinə uyğun olaraq referendum üzrə təşviqat qrupunda üzvlük haqqında yalnız bir dəfə imza etmək hüququna malikdir.
65.5. İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və referendum üzrə təşviqat qrupunun təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünva Maddə 65. … yyətli nümayəndəsi tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini göstərir.