QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 68

Maddə 68. Referendum üzrə təşviqat qrupunun qeydə alınması

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

68.1. Müvafiq seçki komissiyası imza vərəqələrini və referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində referendum üzrə təşviqat qrupunun qeydə alınması barədə qərar və ya onun qeydə alınmasından imtina edilməsi barədə qərar qəbul etməlidir. Qeydə alma və ya qeydə almaqdan imtina barədə qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir.

68.2. Referendum üzrə təşviqat qrupunun qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində referendum üzrə təşviqat qrupu yaradılması təşəbbüsçülərinin səlahiyyətli nümayəndələrinə verilməli, həm də qeydə almaqdan imtina olunubsa, bunun əsasları göstərilməlidir. İmtina üçün aşağıdakılar əsas ola bilər:

68.2.1. bu Məcəllə ilə müəyyənləşdirilmiş imzaların toplanması qaydasının pozulması;

68.2.2. bu Məcəllənin 63, 65, 66.2 və 66.3-cü maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması;

68.2.3. referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün təqdim edilmiş etibarlı seçici imzalarının lazımi saydan az olması;

68.2.4. referendum üzrə təşviqat qrupunun maliyyə fondunun yaradılması qaydasının və ya onun vəsaitinin xərclənməsi qaydasının pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin);

68.2.5. bu Məcəllənin 55-ci madd Maddə 68. … yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin);

68.2.5. bu Məcəllənin 55-ci maddəsinin tələblərinin referendum üzrə təşviqat qrupu təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsi tərəfindən pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin — bu cür pozuntu digər məsuliyyətə səbəb olmursa).

68.3. Bu Məcəllənin 68.2-ci maddəsində göstərilən hallar qeydiyyatdan imtina barədə qərarın çıxarılması üçün əsas götürüldükdə, qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib olmalıdır.

68.4. Bu Məcəllənin 68.2.2-ci və 68.2.4-cü maddələrində göstərilən səbəblər olduqda, səhvlər və pozuntular müvafiq sənədlərdə referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası səlahiyyətli nümayəndəni bu haqda 2 gün müddətində xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra referendum üzrə təşviqat qrupunu qeydə alır.

68.5. Cinayət məsuliyyətinə və ya inzibati məsuliyyətə səbəb ola biləcək hüquq pozuntusu əlamətləri aşkar edildikdə seçki komissiyası bu Məcəllənin pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq sənəd və materialları hüquq mühafizə orqanlarına göndərir.

68.6. Qeydə alınmış referendum üzrə təşviqat qrupunun hər bir səlahiyyətli nümayəndəsinə qeydiyyat vəsiqəsi verilir. Mərk Maddə 68. … hafizə orqanlarına göndərir.

68.6. Qeydə alınmış referendum üzrə təşviqat qrupunun hər bir səlahiyyətli nümayəndəsinə qeydiyyat vəsiqəsi verilir. Mərkəzi Seçki Komissiyası qeydə alınmış referendum üzrə təşviqat qrupları barədə məlumatları qeydiyyatdan sonra 24 saat müddətində media subyektlərinə təqdim edir. Dairə seçki komissiyaları referendum üzrə təşviqat qrupları barədə məlumatları səsvermə gününə azı 15 gün qalmış seçki komissiyasının otaqlarında, bu Məcəllənin 98.3-cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirirlər. On ikinci fəsil QEYDƏ ALINMIŞ NAMİZƏDLƏRİN VƏ REFERENDUM ÜZRƏ TƏŞVİQAT QRUPLARININ STATUSU

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver