QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 69

Maddə 69. Qeydə alınmış namizədlərin və referendum üzrə təşviqat qruplarının bərabərliyi

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

69.1. Qeydə alınmış bütün namizədlər və referendum üzrə təşviqat qrupları onların statusları nəzərə alınmaqla bərabər hüquqa malikdirlər və bərabər vəzifələr daşıyırlar.

69.2. Dövlət orqanlarında işləyən və ya bələdiyyə qulluğunda olan və ya media subyektlərində əmək və mülki hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış namizədlər, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri seçki (referendum) kampaniyasında iştirak etdikləri müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad olunurlar (bu qayda Azərbaycan Respublikası Prezidentinə, Milli Məclisin deputatlarına və bələdiyyə üzvlərinə şamil edilmir), müvafiq əmrin (sərəncamın) təsdiq edilmiş surətini qeydiyyat günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki komissiyasına təqdim edirlər; onlar öz vəzifə və xidməti mövqeyindən imtiyaz qazanmaq və üstünlük əldə etmək məqsədi ilə istifadə edə bilməzlər.

69.3. Dövlət vəzifələrində olan qeydə alınmış namizədlər, referendum üzrə təşviqat qruplarının təşəbbüsçüləri, həmçinin bələdiyyə vəzifələrində olan qeydə alınmış namizədlər və referendum üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri öz vəzifə mövqelərindən üstünlük əldə etmək üçün istifadə edə bilməzlər.

69.4. Vəzifə və xidməti mövqedən üstünlük əldə etmək məqsədi ilə istifadə olunması nəticəsində bərabərlik prinsiplərinin pozulması halları bu Məcəllənin 55.2-ci maddəsi ilə müəyyənləşdirilir.

69.5. Maddə 69. … etmək məqsədi ilə istifadə olunması nəticəsində bərabərlik prinsiplərinin pozulması halları bu Məcəllənin 55.2-ci maddəsi ilə müəyyənləşdirilir.

69.5. Dövlət vəzifələrində olan qeydə alınmış namizədlərin, referendum üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçülərinin, həmçinin bələdiyyə vəzifələrində olan referendum üzrə təşviqat qrupları yaradılması təşəbbüsçülərinin yalnız öz vəzifələrini icra etməkdən azad olunduğu vaxtda seçkiqabağı (referendumqabağı) təşviqat aparmaq hüququ vardır. Qeydə alınmış namizəd, referendum üzrə təşviqat qrupları tərəfindən bu Məcəllənin 81-ci maddəsinə uyğun olaraq televiziya və radio proqramlarının pulsuz efir vaxtından istifadə etmə hallarına bu qaydalar şamil edilmir.

69.6. Vəzifəli şəxslər, televiziya və radio proqramları və media subyektləri redaksiyalarında işləyən jurnalistlər və yaradıcı işçilər qeydə alınmış namizəddirlərsə, referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsçüləridirlərsə yaxud qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri və ya səlahiyyətli nümayəndələridirlərsə, seçkilərin (referendumun) gedişinin media vasitəsi ilə işıqlandırılmasında iştirak etmək onlara qadağan edilir.

69.7. Bu Məcəllənin 69.3-cü-69.5-ci maddələri ilə müəyyənləşdirilmiş məhdudiyyətlərə əməl edilməsi Milli Məclisin deputatlarına, bələdiyyə üzvlərinə seçicilər qarşısında səlahiyyətlərini və vəzifələrini yerinə yetirməkdə mane olmamalı Maddə 69. … əməl edilməsi Milli Məclisin deputatlarına, bələdiyyə üzvlərinə seçicilər qarşısında səlahiyyətlərini və vəzifələrini yerinə yetirməkdə mane olmamalıdır.

69.8. Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının müvafiq olaraq vəkil edilmiş şəxsləri və səlahiyyətli nümayəndələri, qeydə alınmış namizədlərin vəkil edilmiş şəxsləri, referendum üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri, göstərilən şəxslərin təsisçisi, sahibi, üzvü və ya işçisi olduğu təşkilatlar, göstərilən şəxslərin və ya təşkilatların tapşırığı ilə hərəkət edən digər fiziki və hüquqi şəxslər xeyriyyə fəaliyyəti ilə məşğul ola bilməzlər. Göstərilən şəxslərin və təşkilatların fiziki və hüquqi şəxslərə, seçicilərə maddi və maliyyə yaxud digər xidmətlər göstərmək təklifi ilə müraciət etməsi qadağandır. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupları üzvlərinin, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin adından və onların müdafiəsi üçün fiziki və hüquqi şəxslərin xeyriyyə fəaliyyəti ilə məşğul olması qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver