76.1. Media subyektləri seçkilərlə bağlı ictimai rəy sorğusunun nəticələrini dərc etdikdə rəy sorğusu keçirən təşkilatları, onun keçirilməsi vaxtını, dəqiq ifadə edilmiş sualları, sorğuda iştirak edənlərin sayını bildirməlidir.
76.2. Səsvermə gününə 24 saat qalmış ictimai rəy sorğusu nəticələrinin, seçkilərin nəticələri barədə proqnozların mediada dərc edilməsinə yol verilmir.