QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 77

Maddə 77. Seçkiqabağı təşviqat zamanı media subyektlərinin əsas vəzifələri

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

77.1. İctimai televiziya və radio yayımçıları və ya dövri nəşrlərin redaksiyalarının təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olduqda və ya onlar dövlət büdcəsindən maliyyələşdirilərsə, ictimai televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına seçkiqabağı proqramlarını təbliğ etməkdən ötrü, üzvlərinin sayı 20 min və daha çox olan referendum üzrə təşviqat qruplarına referenduma çıxarılan məsələlərin lehinə və əleyhinə təşviqat aparmaqdan ötrü dövlət hakimiyyəti orqanlarının ayırdığı vəsait hesabına bərabər şərait yaradırlar. Göstərilən təşkilatlar qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə öz təşəbbüsləri ilə seçkiqabağı təşviqat apara bilməzlər. Dövlətə məxsus olan televiziya və radio yayımçıları vasitəsilə seçkiqabağı təşviqat aparılmır.

77.2. Bu Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulan və proqramları Azərbaycan Respublikası ərazisinin yarısına yaxud yarısından çoxuna yayımlanan televiziya və radio yayımçıları, habelə dövri nəşrlərin redaksiyaları prezidentliyə qeydə alınan namizədlərə, birmandatlı seçki dairələrinin 60-dan çoxunda və ya bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına, üzvlərinin sayı 40 min və daha çox olan Maddə 77. … lədiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına, üzvlərinin sayı 40 min və daha çox olan referendum üzrə təşviqat qruplarına seçkiqabağı təşviqat aparmaq üçün şərait yaratmağa borcludurlar. Mərkəzi Seçki Komissiyası göstərilən televiziya və radio yayımçılarının və dövri nəşrlər redaksiyalarının siyahısını seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edilməsi günündən 20 gün gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən dərc edir.

77.3. Azərbaycan Respublikası ərazisinin yarısından az hissəsində proqramları yayımlanan televiziya və radio yayımçıları, habelə bu Məcəllənin 77.2-ci maddəsində göstərilən televiziya və radio yayımçılarının müvafiq bölmələri və bu Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulan, Azərbaycan Respublikası ərazisinin yarıdan az hissəsində yayımlanan dövri nəşrlərin redaksiyaları birmandatlı seçki dairəsində qeydə alınmış namizədə, bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada seçicilərin zəruri sayda imzaları yığılmış müvafiq seçki dairəsinin əhatə etdiyi və üzvlərinin sayı 20 min və daha çox olan referendum üzrə təşviqat qruplarına, bələdiyyələrin 1/3-dən çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müvafiq inzibati ərazi vahidində seçkiqabağı təşviqat aparmaq imkanı yarada bilərlər. Televiziya və radio yayımçılarının və dövri nəşrlər redaksiyalarının siyahısı seçkilərin təyin edilməsi haqqında qərar (sərənca Maddə 77. … mkanı yarada bilərlər. Televiziya və radio yayımçılarının və dövri nəşrlər redaksiyalarının siyahısı seçkilərin təyin edilməsi haqqında qərar (sərəncam) rəsmi dərc edildikdən ən geci 30 gün ərzində müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq dairə seçki komissiyaları tərəfindən dərc edilir.

77.4. Bu Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulmayan televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları, əgər onların təsisçiləri bələdiyyə qurumları hesab edilirsə, imzaların yığıldığı müvafiq seçki dairəsinin əhatə etdiyi və üzvlərinin sayı 2 min və daha çox olan referendum üzrə təşviqat qrupları, müvafiq bələdiyyənin üzvlüyünə qeydə alınmış namizədlər üçün seçkiqabağı təşviqatın aparılmasına şərait yaratmağa və qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu üçün seçkiqabağı təşviqatın aparılması məqsədi ilə müvafiq bələdiyyənin ərazisində bərabər imkan yaratmağa borcludurlar. Televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları təşviqat fəaliyyətində tamamilə iştirak etmədikdə, formasından asılı olmayaraq hər hansı materialın nəşrindən və ya efir vaxtının verilməsindən imtina edə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver