QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 85

Maddə 85. Dövri nəşrlər vasitəsi ilə seçkiqabağı təşviqatın aparılmasına dair tələblər

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

85.1. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu püşkatma keçirildikdən sonra dövri nəşrin səhifəsində ayrılmış yerdən imtina edərlərsə, onlar dərcetmə gününə azı 5 gün qalmış bu barədə müvafiq dövri nəşrin redaksiyasına məlumat verməlidirlər. Dövri nəşrin redaksiyası sərbəstləşmiş yerdən seçkiqabağı təşviqat məqsədləri üçün istifadə edə bilməz.

85.2. Bu maddəyə uyğun olaraq seçkiqabağı təşviqat materialları dərc edilərkən namizədlər, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu ilə razılaşdırmadan heç bir redaksiya şərhi verilə bilməz.

85.3. Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyə qurumlarının təsis etdikləri dövri nəşrlər təsisçilərin rəsmi materiallarının, məlumatlarının, normativ və digər aktlarının rəsmi dərc edilməsi məqsədi daşıyırsa, onların redaksiyaları seçkiqabağı təşviqat materiallarını və digər materialları dərc edə bilməzlər.

85.4. Dövri nəşrlər qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları və ya siyasi partiyaların blokuna daxil olan siyasi partiyalar tərəfindən təsis edilmişdirsə, nəşr səhifələrində bərabər şərtlərlə yer ayrılması barədə tələblər və bu Məcəllənin 78.1 — 78.3-cü maddələri həmin dövri nəşrlərin redaksiyalarına şamil edilmir.

85.5. Namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendu Maddə 85. … əmin dövri nəşrlərin redaksiyalarına şamil edilmir.

85.5. Namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun dövri nəşrlərdə yerləşdirilən materiallarında həmin materialların dərc edilməsi dəyərinin hansı qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun seçki fondu hesabına ödənilməsi barədə məlumat verilməlidir. Seçkiqabağı təşviqat materialları pulsuz dərc edildikdə, dərcin qeydə alınmış hansı namizədə, siyasi partiyaya, siyasi partiyalar blokuna, referendum üzrə təşviqat qrupuna aid olduğu göstərilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver